Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu


Rəsulallahın (ə) insanlığa İmam Hüseyn (ə) xəbərdarlığı



Yüklə 0,86 Mb.
səhifə20/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   16   17   18   19   20   21   22   23   ...   100
Rəsulallahın (ə) insanlığa İmam Hüseyn (ə) xəbərdarlığı

Coğrafiyasından asılı olmayaraq, dünyanın harasında ki, İmam Hüseyni (ə) sevənlər var, məhərrəm ayı gələn kimi o toplumun halı dəyişir, ruhiyyəsi əvəzlənir, ovqatı dəyişir, hətta geyimi də dəyişir. Bir, iki, on il deyil, əsrlərlə insanların içərisində belə bir hal var. İnsanların içərisində bir həratər, sızıltı var. İmam Hüseynin (ə) adı gələndə, həmin sızıltı, hərarət onu hərəkətə gətirir. Əziz İslam Peyğəmbəri (s) bu istiqamətdə çox nurani bir xəbərdarlıq edir. Əziz Rəsulallah (s) insanlığa, bəşərə xəbərdarlıq edib ki, imanı olan insanların içərisində xüsusi hərarət mövcud olar. Həmin hərarət Əba Əbdillah (ə) ilə bağlıdır. Həmin hərarət heç bir zaman sönmür və soyumur. Qiyamət gününə qədər həmin istilik və hərarət öz təsirini göstərməkdədir. Həzrət Peyğəmbər (s) mübarək hədisdə buyurur: “Möminlərin qəlbində İmam Hüseynin (ə) şəhadəti ilə bağlı bir hərarət var ki, heç vaxt sönməyəcək və soyumayacaq”. Həzrət Peyğəmbərin (s) İmam Hüseyn (ə) barədə xəbərdarlıq etdiyi istilikdir ki, indi bizi əzadarlıq məclislərinə aparır. Həmin hərarətdir ki, İmam Hüseyni (ə) sevəni məhərrəm ayı daxil olarkən hərəkətə gətirir.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin