Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu



Yüklə 0,86 Mb.
səhifə94/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   90   91   92   93   94   95   96   97   ...   100

ƏYYAMIN HÜZNLÜ YEKUNU

Rəsuli-Əkrəm (s) bu günlərdə Rəbbinə qovuşub. Bu kədərli günlərin təhlili, müsəlman ümmətinin gəlib yetişdiyi bu acınacaqlı vəziyyətin səbələrinin açıqlanmasına yardım edir. Peyğəmbərimizin (ə) rehləti (dünyanı tərk etməsi) öncəsi, rehləti zamanı, rehlətdən sonra cərəyan edən hadisələrin, ümmətin zillətə düşməsində birbaşa təsiri var. Hətta demək olar ki, Aşuranın baş verməsinə səbəb olan amillər öz başlanğıcını məhz həmin günlər yer alan hadisələrdən götürür.

Hicrətin 11-ci ili idi. Əziz İslam Peyğəmbəri (s) sonuncu həcc səfərində - istər Məkkədə, istər Ərəfə çölündə, istər Qədir-Xum adlanan o məşhur məntəqədə, istərsə də artıq Mədinəyə qayıtdıqdan sonra, ümməti zaman-zaman özündən sonrakı duruma hazırlayırdı. Ürəyi ağrılı ümməti özünün tez bir zamanda dünyadan gedəcyi barədə məlumatlandırır, bir gün bu dünyaya vida deməsini çatdırır insanlara Peyğəmbərimiz (s). Özündən sonra müsəlmanların nə etmələri haqqında xəbərdar edir onları Rəsulullah (s).

O zaman üçün də, bu gün üçün də ən mühüm mövzulardan biri - həmin günlərdə baş vermiş məlum olaylardır. Amma təəssüflər olsun ki, Həzrət Peyğəmbərin (s) son günlərdə etdiyi çatdırışlarını bu və ya digər səbəblərdən unutdurmağa çalışanlar da az deyil. Bəzi cahillər o zaman da cəhd etdilər, hər zaman da çalışırlar - ya bilərəkdən, ya bilməyərəkdən - insanları inandırsınlar ki, bəs İslam Peyğəmbəri (s) gəldi, öz işini gördü, sonra dünyanı tərk etdi və özündən sonra insanların nə etməli olduqları barədə məlumat və tövsiyələr vermədi. Guya işlərin keyfiyyətini, istiqamətini, yönümünü, hədəfini insanların öz öhdəsinə buraxan kimi oldu (?!). Guya bu böyüklükdə bəşəri dəyişikliklərə rəvac verən Elçi (s), insanları «necə alınar, alınar» kimi varianta düçar etmişdir. Guya ümmətin variantlar xaosu və eksperimentlər bazası kimi bir vəziyyətə düşməsinə razı olmuşdu. Çox qəribə yanaşma tərzidir, deyilmi? Əlbəttə ki, Peyğəmbərimizin (s) tam kamil, dəqiq və birmənalı tövsiyələri, həyatın hər bir çalarına aid məsləhət və buyuruşları bu yanaşma tərəfdarlarının mövqelərində daşı daş üstə qoymur.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin