Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu


Səqəleyn – iki qiymətli əmanət



Yüklə 0,86 Mb.
səhifə96/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   92   93   94   95   96   97   98   99   100
Səqəleyn – iki qiymətli əmanət

Qeyd etdik ki, həm o zamanda, həm də indi bu mövzular böyük əhəmiyyət kəsb edir. Ən azı ona görə ki, ümmətin getməli oldüğü və getdiyi istiqamətin uyğunluğunu yoxlamaq baxımından məhz bu mövzuda hansı yanaşmanın rəhbər tutulması həlledici təsirə malikdir.

Peyğəmbərimizin (s) rehləti bir işıq salır bu hadisələrə. Müsəlmanların tutduğu yol, sonrakı pərakəndəliklər, vəhdətin pozulması, müsəlmanların İslamın dəyərlərindən uzaq düşməsi, müsəlman kimliyinin son dərəcədə zəif hala gəlməsi - bütün bunların kökü Rəsuli-Əkrəmin (s) rehləti ətrafındakı dövrlərdə baş verən hadisələrlə bu və ya digər dərəcədə bağlıdır.

Tədqiqatlar bəlli edir ki, Peyğəmbərimiz (s) müxtəlif dönəmlərdə, müxtəlif şəraitlərdə ümmətin yolunu itirə bilməsi haqqında narahatlıqlarını büruzə verirdi. Müxtəlif forma və üslublarla müsəlmanların diqqətini bu məsələyə cəlb edir. Rehlətindən 1 ay öncə Həzrət (s) buyurur: «Ayrılıq yaxın olmuşdur və qayıdış Allaha doğrudur. Çağrılmağım və Haqqın dəvətini qəbul etməyim, cavablandırmağım yaxındır. Və mən 2 qiymətli şeyi sizin aranızda qoyub gedirəm: Allahın Kitabını və Əhli-beytimi. Və lətif və agah olan Allah Təala mənə xəbər verdi ki, bu ikisi heç zaman bir-birindən ayrılmaz ta ona qədər ki, Kövsər hovuzunun kənarında mənə qovuşacaq. Bəs yaxşı düşününüz, bu ikisi ilə necə rəftar edəcəksiniz».

Diqqət edək. Peyğəmbərimizin (s) rehləti yaxınlaşdıqca, Həzrət (s) müsəlmanları özündən sonrakı vəziyyətə uyğun hazırlaşdırır. Nə etməlilərilə bağlı, nəyə istinad etməliləri ilə, nəyə söykənəcəkləri ilə, nəyi özləri üçün rəhbər seçəcəkləri ilə bağlı müsəlmanları tam məlumatlandırır və heç bir şəkk-şübhə üçün, azma və sapma üçün yer qoymur. Onlara bir düstur verir ki, buna riayət etdikləri təqdirdə sapmaları və çaşmaları mümkünsüz olacaq. İki fundamental əsası göstərir müsəlmanlara. Peyğəmbərimiz (s) bəlli edir ki, Qiyamət gününə qədər, Kövsər hovuzunun başında onun mübarək vücuduna qovuşancaya qədər bu 2 misilsiz dəyərə malik olanlar bir-birindən ayrılmayacaq. Həm Quran, həm Əhli-beyt (ə) sona qədər birlikdə, ayrılmadan qalacaq. Öz dəyişməzliyində, saflığında, doğru yol göstərməyində, paklığında, insanları hidayət ediciliyində bu 2 qiymətli dəyər sabit qalacaq və Peyğəmbərə (s) qovuşanadək bunların mahiyyəti, bunların insanlar üçün hidayətediciliyi cəm halda və harmonik surətdə mövcud olacaq.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin