Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu



Yüklə 0,86 Mb.
səhifə10/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   6   7   8   9   10   11   12   13   ...   100
İmamın (ə) elçisi

Müslüm ibn Əqil təqribən 20 gün sonra - şəvval ayının 5-də Kufəyə daxil olur. Burada camaat kütləvi surətdə İmam Hüseynin (ə) nümayəndəsi olaraq ona beyət edir. Bu, özlüyündə böyük bir proses idi, bu prosesin nəhəng bir tarixi müqəddiməsi var idi və bu barədə ayrıca çoxlu danışmaq olar. Lakin, biz bu gün sadəcə hadisələrin xronoloji ardıcıllığını izləmək istəyirik. Beləliklə, Yezidin (lən) hakimiyyəti qəsb etməsindən 2 ay 20 gün sonra İmamın (ə) elçisi artıq Kufədə camatdan beyət qəbul edirdi.

Kufədə gedən proseslərin nəticəsi olaraq, buraya gəlişindən 1 aydan bir az keçmiş - ziqədənin 11-də Müslüm ibni Əqil Kufəyə dəvət etmək məzmununda İmam Hüseynə (ə) məktub yazır.

Zilhiccənin 8-də İmam Hüseyn (ə) Məkkədən çıxır. Bu ərəfədə İmama (ə) xəbər çatır ki, Yezid (lən) onu gizli surətdə qətlə yetirmək üçün xüsusi qatilləri Şamdan Məkkəyə göndərmişdir. Burada lənətlik Yezid bir neçə niyyət güdürdü. Əgər o, İmamı (ə) aşkar qətlə yetirsəydi, müsəlmanların böyük hiddətini qazanacaq və hakimiyyətinə təhlükə yaradacaqdı. Gizli qətlə yetirməklə isə insanların baş verə biləcək narazılıqlarını qarşılamaq və İmamın (ə) qanını batırmaq imkanı əldə edirdi; qətlin gizli olması səbəbindən Yezidin bu qətldə əlinin olması çətin sübut oluna bilərdi. Eyni zamanda, İslamın düşməni olan Yezid, Kəbə evində Peyğəmbər (ə) nəvəsinin qanını tökməklə Məkkə kimi əzəmətli və əmin yerin ehtiramını aşağılamaq istəyirdi. Bunları nəzərə alan İmam Hüseyn (ə), Məkkəni tərk edib Kufəyə doğru irəliləmək qərarını verir.

Yol boyu ona qoşulmaq istəyən minlərlə insana İmam Hüseyn (ə) çatdırır ki, bu hakimiyyət üçün, məqam və mənsəb ardınca olan bir səfər deyil, yalnız Allah dinini yaşatmaq, yaxşılıqlara dəvət edib, pisliklərdən çəkindirmək niyyəti güdən bir hərəkatdır. Və İmam (ə) onu da bildirir ki, bu hərəkat, şəhadət şərbətini içməklə sonuclanacaq. Beləliklə, İmamın (ə) yanında yalnız canını Allah yolunda, Peyğəmbər (s) dəyərlərinin yaşaması yolunda qurban verməyə hazır olan 100-dək adam qalır…


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin