Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu


BÜTÜN MƏNƏVİ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ AŞURADIR



Yüklə 0,86 Mb.
səhifə13/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   9   10   11   12   13   14   15   16   ...   100

BÜTÜN MƏNƏVİ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ AŞURADIR

Aşuranı yaşatmaq istəyər, Aşura ilə ruhiyyəsini həmahəng etmək istəyər, Hüseyn (ə) eşqinə məclislər qurular...



Nədən dəyişir insanların haləti?

İnsanların, toplumun içindən gələn bir haldır bu. Ağlagəlməyən, gözlənilməyən qapılarda, evlərdə, müxtəlif məkanlarda İmam Hüseyn (ə) məclisləri qurular. Bizim dəyərli xalqımız, əziz xalqımız bu ruhiyyəni minbir əziyyətlərlə əldə edib və əldən də verməyəcək. Bu, Allahın bu topluma bir lütfüdür, inayətidir. 70 illik Sovet yönətimi də bir il yox, beş il yox, on il yox - yetmiş ilə qədər bu ruhiyyəni sıxışdırdı, amma insanların qəlbindən bu ruhiyyəni yığışdıra bilmədi. Zaman-zaman bəzi nihilist klassiklər meydana çıxdı, xalqın içindən gələn bu nurani İmam Hüseyn (ə) anma məclislərini, Kərbəla məktəbini yaşatma məclislərini, əzadarlıqlarını tənqid etmək istədilər, cürbəcür sözlər istədilər qoşsunlar, guya ki, onların “oxumuş” durumları xalqın içindən gələn bu səmimi eşqi anlaya bilməmişdi. Belələri mahiyyət etibarilə, əvvəllər Çar imperiyasının, bu gün də bir başqa qalıqların, tör-töküntülərin sifarişlərini yerinə yetirirlər. Belələri Çar imperiyasında “ziyalı” siması ilə xalqın ənənələrini, duyğularını, ruhiyyəsini aşağılayıblar. Bu hal günümüzdə də davam edir. Amma heç bir təsiri yoxdur. Əksinə, qürurverici bir hal var: bu toplumun Hüseyn (ə) məclisləri, Hüseyn (ə) əzadarlıqları olan yerlərində cavanlaşma gedir. Yaş həddi daha da aşağı enir. Gənclər, yeniyetmələr Hüseyn (ə) məktəbinin şagirdliyinə yazılır. Təşəkkür düşür o ağsaqqalara, o pak ətəkli ağbirçəklərə ki, onların duaları ilə, bərəkəti ilə bu ab-hava, bu ruhiyyə günümüzə də gəlib çıxıb. Bu ruhiyyənin gözəl bir xüsusiyətti var: nə qədər sıxacaqlar, bir o qəfər bu məclislər keyfiyyətcə də, kəmiyyətcə də daha da nuraniləşəcək və şükürlər olsun ki, nuraniləşməkdədir də.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin