Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu


Həyəcandan irəli gələn şövq ağlaması bölgünün ikinci yerindədir



Yüklə 0,86 Mb.
səhifə31/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   27   28   29   30   31   32   33   34   ...   100
Həyəcandan irəli gələn şövq ağlaması bölgünün ikinci yerindədir. Bir ana övladını itirir, bir müddət keçdikdən sonra isə onu tapır. Necə sevinir, necə həyacan keçirir, necə riqqətli qəlbinin dərinliklərindən bir şövq dalğası qalxır!

Bəzən sevinc və şadlıqda da bu şövq ağlaması baş tutur. Və yaxud, insan fədakarlıq səhnələrini görəndə də şövqdən ağlaya bilir. Mübarizə ruhlu bir şeir dinləyir, mahnı eşidir - sanki itirilmiş nələrinisə tapır, həyəcanlanır, biixtiyari göz yaşları axıdır.



Üçüncü növ ağlama - duyğu və məhəbbət göz yaşıdır. Sevgi, məhəbbət və göz yaşları - bunlar biri-birinə bağlı anlamlardır. Bir-birilə mülazimə halındadırlar, lazım vəziyyətindədirlər. Göz yaşı - məhəbbətin şiddətinin göstəricilərindəndir.

Dördünü növ - çox incə bir ağlama növüdür - tanıma, mərifət, məsuliyyət göz yaşı. İnsan Rəbbini tanıyır, Rəbbinin əzəməti haqqında təfəkkür edir - bunun nəticəsində göz yaşı axıda bilir. İlahi, bu necə yaranış, bu necə əzəmət, bu nə cür nizam?! Necə olur belə kamil xəlqiyyət?! Bu tanıma, bu dərk etmə göz yaşları çağıra bilir. Tanıdıqca, həmin bu göz yaşları əmələ gəlir.

Hədəfə bağlantı

Bir var cahiliyyətin göz yaşı, bir də var arifin, tanımanın göz yaşı. Tanıma artdıqca, ariflik artdıqca, göz yaşlarının əmələ gəlmə keyfiyyəti də dəyişir. Məsuliyyət artdıqca, həmin bu məsuliyyətdən irəli gələn göz yaşları da yaranır. Məsuliyyətin fərqinə varmaqla, məsələnin əhəmiyyətini dərk etməklə üzə çıxan göz yaşları buraya aiddir.

Ağlamanın vücuda gələn digər səhnəsi peşmançılıq göz yaşı ilə bağlıdır. Beşinci növə aid olan bu göz yaşları insanın tövbəsini, əməlindən peşmançılıq hissi keçirməsini təzahür edir. İnsanın qayıdışı, islahatı tövbəyə bağlı olan bir məsələdir. Bu da göz yaşları ilə müşayiət olunan bir haldır.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin