Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu


Burada qurban olmaq niyyət olaraq qalmır



Yüklə 0,86 Mb.
səhifə37/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   33   34   35   36   37   38   39   40   ...   100
Burada qurban olmaq niyyət olaraq qalmır...

Bu əyyamda İmam Hüseyn (ə) yad edilir. Necə ki, həcc ziyarətində qurbangahda Həzrət İbrahimlə (ə) Həzrət İsmayılı (ə) yad edirik, Səfa-Mərvə arasında Hacər xanımı yad edirik, onun təlaşını yad edirik, Həzrət İbrahimin fədakarlığını yad edirik - hansı ki, elə həccin fəlsəfələrindən biri də budur ki, insanlar Həzrət İbrahimin (ə) fədakarlığını dərk etsinlər – eləcə də biz bu məclislərdə İmam Hüseyni (ə) yad edirik.

Necə də Kərbala və İmam Hüseyni (ə) yad etməyək, bir halda ki, İbrahim (ə) əziz övladını qurban kəsmək istəyirdi, İsmayıl (ə) da qurban olmağa hazır idi, amma buna ehtiyac olmadı, Allah Təala qurban göndərdi. Kərbalada da İmam Hüseyn (ə), onun balaları, yaxınları Allah yolunda qurban olmaq istəyir. Amma burada bir fərq var: onların bu istəyi həyata keçir. Kərbala qurbangahında Allah dərgahında həmin insanlar nəinki niyyətdə qurban olurlar. Onlar əmələn Allah yolunda qurban olurlar. Biz necə İmam Hüseyni (ə), bu şəhidləri anmayaq?! Bunları həcc xatırlamalarından da qat-qat çox anmalıyıq. Çünki burada qurban olmaq bir niyyət olaraq qalmır, İmam Hüseyn (ə) və onun yaxınları timsalında həyata keçir. Biz həcdə Səfa ilə Mərvə arasında səy əməlini yerinə yetirməklə susuz bala İsmayılı (ə) yad edirik, amma o susuzluqdan şəhid olmur, susuz halda dünayadan getmir, Allah ona Zəm-Zəm nəsib edir. Amma Kərbalada təşnə, susuz balalar susuz halda dünyadan gedirlər. Əli Əsğər bala atasının qucağında susuz halda, dodaqları qurumuş halda boğazından oxlanır. Burada qolları kəsilən Əbülfəzl (ə) var, susuz balalara görə dodaqlarına su aparmayan Əbülfəzl (ə) var. Burada Əli Əkbər (ə) var, Qasim var, burada tikə-tikə doğranmış Hüseyn (ə) var, burada Rüqəyyə (s.ə) var, burada Zeynəb (s.ə) var. Biz necə bunları anmayaq?!


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin