Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu


KƏRBƏLANIN TARİXİ VƏ MÜASİR DƏRSLƏRİ



Yüklə 0,86 Mb.
səhifə38/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   34   35   36   37   38   39   40   41   ...   100

KƏRBƏLANIN TARİXİ VƏ MÜASİR DƏRSLƏRİ

Aşura günü bu müsibətləri törədənlər haradansa gəlməmişdilər, onlar zahirdə müsəlmanlar idi, zahirdə namaz qılanlar, oruc tutanlar idi. Onlar zahirdə imanlı qiyafə ilə bu cinayətlərə qol qoyurdular. Deməli, zahirən müsəlman olmalarına, imanlı qiyafəsində olmalarına rəğmən, içlərində qorxulu mərəzlər var imiş. O mərəzlər Aşura dönəmində hərədə bir cür üzə çıxdı. Birində məqam, vəzifə mərəzi olur və bu mərəz Aşurada hər şeyi üstələyir. Birinin dünyaya məhəbbəti, pula, mala düşkünlük mərəzi var idi. Bunu özü üçün vasitə deyil, hədəf seçmişdi. Bu mərəz Aşura günü baş qaldırır və öz daşıyıcısını büdrədir. Onu İmamı (ə) qətlə yetirməyə qədər bir bəşəri cinayətə getməyə sürükləyir. Bir başqasının qorxaqlıq mərəzi var, onu da orada yaxalayır. Hərəni bir cür yaxalayır. Birinin əqli mərəzi var, dar görüşə malikdir, hər şeyə ağ və qara baxır və bunu müalicə də etməyib. Şübhələri var, dünyanın dərkinə gəlib çatmayıb. Bu mərəz də Aşura günü baş qaldırır və o da gəlib bu cinayətlərə əl qoyur. Kiminsə “mənəm-mənəm”lik xəstəliyi var. Şeytan lənətlik o mərəzi də yaxşıca himayə edir, onu yerbəyer edir. Və bir gün seçim vaxtı “mənəm-mənəm”lik ab-havası onu bədbəxt edir.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin