Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu


Cahiliyyət dövrünün adətinə də əməl etmədilər



Yüklə 0,86 Mb.
səhifə46/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   42   43   44   45   46   47   48   49   ...   100
Cahiliyyət dövrünün adətinə də əməl etmədilər

Qeyd edək ki, cahiliyyət dövrünə işarə mübarək hədisin məzmununu digər rakursdan açır: yox, əgər müsəlmanlığı danıb, cahil ata-babalarınızın yolu ilə gedirsinimzsə, bu halda, cahiliyyə dövrünün ərəbləri kimi olaydınız heç olmasa. Cahiliyyə dövrünün ərəbləri məhərrəm ayında müharibə etməyi haram bilərdilər. Bu - tabu, yasaq edilmiş bir məsələ idi, hətta cahiliyyə dövrünün ərəbləri də bu mövzuya ciddi riayət edirdi. Demək, Yezid lənətliyin ordusu bu müddəaya da belə, əməl etmədi, cahil ata-babalarının adətini də tapdaladı.

Mahiyyətinə varanda, bununla Yezid lənətliyin ordusunun hər hansı bir əxlaq, mənəviyyat, insani dəyərlər sisteminin xaricində olması vurğulanır. Yəni, adam cildində olan bu qaniçən məxluqları heç bir dəyərlər sisteminə görə, hətta cahiliiyət dövrünün adət-ənənəsinə gərə də insan adlandırmaq mümkün olmadığı bir daha təsdiqlənir.

Mövzunu davam etdirərək, İmam Hüseynin (ə) Kərbəla ilə, o məkanla bağlı buyurduğu bir hədisə işarə edək. İmam Hüseyn (ə) buyurub: “Bura - çətinlik və bəla yeridir. Bura - miniklərimizi oturtduğumuz bir yerdir, karvanlarımızın yükünü saldığımız yerdir. Kişilərimizin qətlgahı, qanlarının tökülən yeridir”.

Hədisdə Kərbəla məkanı ilə bağlı açıqlama təqdim edilir. Kərbəla - bir imtahan məqamı, Allah yolunda ən qiymətli dəyərləri qurban vermə, şəhadətə yetişmək məkanı kimi vəsf edilir. Əslində İmam Hüseyn (ə) Kərbəlaya yetişəndə söylədiyi bu mübarək kəlamlarla İlahi seçimini bildirir, zülm və istibdada qarşı hər hansı bir güzəştin mümkünsüzlüyünü bəyan edir. Əziz silahdaşlarının da artıq seçim etdiyi, canlarını Mütəal Allah yolunda fəda etməyə hazır olduqları bilinir. Gözəl bəlağətlə ən ağır imtahanlara, əzizlərin əsir düşməsinə belə hazırlıq bildirilir, bu ağlasığmaz çətinliklərdən fərəh və sevinc duyğuları keçirildiyi bildirilir. Düşünən insan üçün nə qədər ibrət, nə qədər dərslər var burada!


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin