Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu


İmam Hüseyn (ə) üçün nədir hədəf?



Yüklə 0,86 Mb.
səhifə49/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   45   46   47   48   49   50   51   52   ...   100
İmam Hüseyn (ə) üçün nədir hədəf?

İmam Hüseyn (ə) üçün nə hakimiyyətə gəlmək hədəfdir, nə də şəhadətə yetmək. Hakimiyyət də, hətta şəhadətə yetişmək də vasitədir. İmam Hüseynin (ə) hədəfi - toplumun islahıdır. İnsanların öz mahiyyətinə qayıtmasıdır, insanların İNSAN olmasıdır İmamın (ə) hədəfi. İmam Hüseynin (ə) missiyası, Allah qarşısında vəzifəsi, üzərinə düşən İlahi təklif - İslamın yenidən dirildilməsidir, əhyasıdır, yenidən həyata qaytarılmasıdır. Bu yolda bütün baş verənlər təfərrüatdır, haşiyədir, vasitədir, lakin hədəf deyil. Hədəf budur ki, toplum özünə tərəf qayıtsın, yenidən diriliyə tərəf gəlsin, qaranlıqdan işığa tərəf gəlsin. Toplum sapmalara tərəf deyil, əyrintilərə tərəf deyil, İslamın ana xəttinə - “Siratəl-mustəqim”ə qayıtsın.

Allaha xatir Rəsulullahın (s) hərəmini müdafiə etməyə bir kömək edən varmı?”

Kərbəla səhnəsinə gedək. Əba Əbdillah (ə) özünün bütün səhabələrini şəhid verib, Əhli-beytindən olan insanları şəhid verib. Tək-tənhadır. Minlərlə lənəlitlik yezidlərin içində fəryad çəkir: “Allaha xatir Rəsulullahın (ə) hərəmini müdafiə etməyə bir kömək edən varmı?!”. Bu müsibəti zikr edərkən, adamın ürəyini titrədən səhnələrdən hansını yada salsaq, ürək sızıldayır...

Xeymədən çıxıb əmisinin tənhalığını görən İmam Həsənin (ə) oğlu Abdullahın özünü ona tərəf çatdırmaq istədikdə, Həzrət Zeynəbin (ə) halınımı yada salaq?! Adam dəhşətə gəlir bu səhnədən. Aşura gününün səhərindən bütün müsibətləri görən Həzrət Zeynəb (ə), indi də görür ki, yetim qardaşı oğlu ona deyir: “Bibican! Xeyr! And olsun Allaha, qoymaram əmim İmam Hüseyn (ə) meydanda tənha qala!”. Az keçmir, əmisinin yanında dayanan bu qəhrəman bala, görür ki, İmamın (ə) üzərinə qılıncla zərbə endirirlər. Əlini qaldırır İmamı (ə) müdafiə etmək üçün. Amma kəsici qılıncın zərbəsindən əli bədənindən ayrılır, bir dəri ilə birləşmiş qalır. Abdullahın, “Atacan!!!...” fəryadı Kərbəlanı silkələryir.

Amma müsibət hələ qabaqdaymış. Əmisinin qucağında Abdullah balanın qurbanlıq səhnəsi hələ qabağdaymış. Yezidilərdən lənətlik Hərmələ nişan alır Abdullahın nazik boğazını və onu qətlə yetirir. Yəqinən nənəmiz Zəhra (ə) bu səhnələri görüb “Vay-vay balam, vay-vay!” deyir. Yəqinən bu günlərdə nənəmiz Zəhra (ə) matəm saxlayır...



Amma müsibətin ən ağrılı yeri bundadır ki, Əba Əbdillah (ə) hər şəhidin mübarək bədəninin yanına gedərdi. Amma Həzrət İmam Hüseyn (ə) özü sonda şəhadətə yetəndə, tək-tənha, yalqız halda, düşmənlərinin əhatəsində qalmışdı. Tikə-tikə parçalanmış Hüseyn can, Rəsulullahın (ə) mübarək öpüşləri ilə nəvaziş olunmuş balanın param-param olmuş çöhrəsi… Lə həvlə və lə quvvətə illə billəh – Yoxdur Allahdan başqa güc və qüdrət...

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin