Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu


Necə oldu ki, Aşura baş verdi?



Yüklə 0,86 Mb.
səhifə50/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   46   47   48   49   50   51   52   53   ...   100
Necə oldu ki, Aşura baş verdi?

Aşura gününün ən önəmli mövzularından biri budur ki, insan gərək Aşuranın niyə baş verməsi barədə düşünsün. Necə oldu ki, Aşura baş verdi? Peyğəmbərimizin (s) vəfatından az bir vaxtdan sonra, ümmət necə olur ki, Peyğəmbərin (s) özündən bildiyi, onun haqqında ən ali sözlər söylədiyi bir şəxsi qətlə yetirmək halına gəlir? Dəyərli mütəfəkkirlərin nəzərində, bu hadisənin baş verməsinin ən ciddi və əsas səbəbi budur ki, toplumda fəal şeytanlarla lal şeytanlar ittifaqa girmişdilər. Lal şeytanların fəal şeytanlarla ittifaqı nəticəsində Aşura baş vermişdi. Fəal şeytanların kim olduğu bəllidir. Misal üçün, günümüzün fəal şeytanları bu adamlardır ki, onlar İslamın atributlarının aradan getməsi üçün canfəşanlıq edərlər. Heç bunlardan o qədər də tələb olunmaz, onlar özləri bu məsələlərdə fəallıq göstərərlər. Fəal şeytanlar birdən-birə gəlib fəal şeytan olmur. Öncə bir qarınlıq zülm edir. Zülm edir ki, bir qarınlıq çörəyini təmin etsin. Sonra dünyanın cəzzabiyyəti onu özünə tərəf dartır. Qanına haram daxil olandan sonra, hansı zülm istənilirsə, onu da edir. Fəal şeytanların sayı çox az olar. Amma, bu fəal şeytanların öz işlərini görməyə imkan verənlər - lal şeytanlardır. Fəal şeytanların fəaliyyət göstərməsi üçün münbit şərait yaradan böyük sayda lal şeytanlar olur. Lal şeytanlar kimlərdir? Lal şeytanlar onlardır ki, onların heç qəlblərində də fəal şeytanların işlərinə etiraz yoxdur. İnsanın gərək heç olmasa qəlbində bir etirazı ola, bir narahatçılıq keçirə.

Aşura da məhz buna görə baş verib. Bir hissə var idi ki, onlardan biri əmr verirdi, biri icra edirdi, biri suyun qarşısını kəsirdi, biri mühasirəyə almışdı, biri çalışırdı ki, Əba Əbdillahın (ə) mübarək vücuduna zərbələr endirə. Aydındır ki, bunlar fəal şeytanlar (lən) idi. Amma, bir hissə də var idi ki, bütün bu hadisələr onların gözləri qarşısında baş verirdi. Bunlar lal şeytanlar idi. Bütün bu fəal şeytanların (lən) bir yaxını var. Gərək onlar həmin kəsləri bu pis işdən çəkindirəydi. Gərək, bu fəal şeytanların (lən) ailəsi onlara etiraz edərdi, haramla onları dolandırmasına əks mövqeyini bildirəydi. Yəni, lal şeytanların edə biləcəkləri işlər çox olur, lakin, onlar sükut edirlər. Lal şeytanların da niyə sükut etməsi aydındır. Birinin bir keçəcəyi var, digərinin bir başqa məsələsi. Elə buna görə də, Kərbəlada baş verən müsibətin kökündə də elə həmin məsələ durur.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin