Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu


Zəlalətin ardıcılları Hüseyn (ə) nişanələrini aradan aparmaq üçün hər şey edəcək…



Yüklə 0,86 Mb.
səhifə53/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   49   50   51   52   53   54   55   56   ...   100
Zəlalətin ardıcılları Hüseyn (ə) nişanələrini aradan aparmaq üçün hər şey edəcək….

İslam Peyğəmbərinin bununla bağlı daha bir çox mübarək buyuruşu var. İslam Peyğəmbəri (s) buyurur: “Küfrün öndərləri, rəhbərləri və zəlalətin ardıcılları İmam Hüseynin (ə) nişanələrini məhv edib aradan aparmaqda çox çalışacaqlar. Lakin, bu təlaşlar və səylər yalnız bir nəticə verəcək – (bunun müqabilində) onun (İmam Hüseynin (ə)) təzahürləri daha da çox üzə çıxacaq. Və onun məsələləri daha da ucalacaq”.

Həzrət Peyğəmbər bizi xəbərdar edir ki, küfrün rəhbərləri, zülmün, zəlalətin ardıcılları əllərindən gələn hər bir şeyi edəcək ki, İmam Hüseynin (ə) nişanələrini, onun təzahürlərini, Əba Əbdillahın (ə) mədəniyyətinə aid olan hər bir məsələni aradan aparsın. Elə günümüzdə də görürük ki, çalışırlar. Bu xəbərdarlıq zamanımızda xüsusilə parlayır, özünü göstərir. Peyğəmbərimiz (s) bizləri həm də müjdələyir. Xəbərdarlıqda deyilir ki, zəlalətin ardıcılları hər şey edərlər. Amma nəticə bir olacaq. Nəticə budur ki, bütün dünya Hüseyndən (ə) danışır. Tək Kərbəla deyil, tək Nəcəf deyil, tək Bakı deyil, tək Əhli-beyt (ə) sevən məmləkətlər deyil, bütün dünyada “Hüseyn-Hüseyn!” (ə) şüarları ucalır. Nə qədər bu məsələnin üstünə gedilir, daha da Hüseyn (ə) tanıyanların sayı artır. Əziz İslam Peyğəmbəri (s) bizləri məlumatlandırır ki, narahatlığımız olmasın, öz üzərimizə düşən işlərimizi görək.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin