Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu



Yüklə 0,86 Mb.
səhifə6/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   2   3   4   5   6   7   8   9   ...   100
Heç kəsə rəhm edilmədi

Onları şəhid etdilər… Heç kimə rəhm etmədilər… İmamın (ə) 6 aylıq balası Əli Əsğərin də başını bədənindən ayırdılar, körpə uşaqlardan, müdafiəsiz xanımlardan ibarət əsir karvanını - Peyğəmbərin (s) nəvə-nəticəsindən ibarət bu əsir karvanını şəhər-şəhər gəzdirib, olmazın məşəqqətlərə məruz qoydular…

Amma, hürlük və azadlıq bayrağını endirə bilmədilər! İmam Hüseyn (ə) və məsləkdaşları ləyaqət və izzət yolunda, İlahi dəyərləri yaşatmaq yolunda ən qiymətlilərini qurban verdilər, amma məsləklərindən dönmədilər. Onlar Kərbəla çölündə bir yenilməz fədakarlıq abidəsi ucaltdılar. Və İmamın «Şərəfli ölüm, zillətli həyatdan yaxşıdır!» çağırışı əsrlərdən bəri bütün azadxah insanları yüksək amallar yolunda fədakarlığa ruhlandıran bir mübarək dəvət olaraq qalır.

İlahi dəyərlərin, haqqın, ədalətin, doğruluğun, mərdliyin - hər bir kamalın ölməzliyini təmin edən bir dəvət…

Nə qədər nümunələr var burada! Düşmən sarsılmışdı bu qəhrəmanlıqdan! Bu yenilməzlik və qəhrəmanlıqlar sanki daha da azğınlaşdırmışdı düşməni. Çünki daha da güclü hiss edirdi, daha da çox duyurdu öz rəzilliyini, acizliyini, gücsüzlüyünü bu qurbanlar, fədakarlıqlar fonunda, bu eşq, bu məhəbbət fonunda zəlil olmuş düşmən…

Necə yazıldı bu qəhrəmanlıq eposu və kimlər yazdılar onu? Şəhidlər yazdı, sonra əsirlər yazdı bu məktəbin şanlı səhifələrini.



Azadəlik mayakı

Həzrət Zeynəb (s.ə)… Kərbəla müsibətini dünyaya aşkar edən, zalım saraylarını sarsıdan Zeynəb (s.ə)! Lənətliklərin acıq vermək, şəmatət etmək cəhdlərinə «Mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim» - deyən Zeynəb… Yezid lənətliyi susduran, onu öz əlaltılarının yanında rüsvay edən Zeynəb (s.ə)! İlahi məhəbbətinin gücü, əzmi, fədakarlığı, nəcabəti, izzəti ilə yezidləri xar edən, aşağılayan Zeynəb (s.ə)… O dərəcədə xanım Zeynəb (s.ə) rəzil etdi Yezid lənətliyi ki, əvvəldə «yaxşı aldım ata-babamının qisasını Peyğəmbərdən» deyən bu məlun, sonda «mən bunu istəmirdim, xəbərim olmayıb» kimi qorxaq mövqeyə də əl atmağa cəhd etdi, özünü təmizə çıxarmağa səy etdi. Və çox çəkmədi ki, etdiyi cinayətlərin hələ bu dünyadaca əvəzini almağa başladı…

Bəs kiçik balalar! Allah, Allah! Onların gözü qarşısına gətirirdi kəsilmiş başları Allah düşmənləri ki, itkinin acısını artırsın… Bəşər görməyib belə zülmü!

Amma nə edə bildi düşmən?!

Zərrədək təslim etdirə bilmədi bu kiçik balaları belə…

Kimdir bu cəhənnəm əhlini xatırlayan?!

Kimdir bu lənətlik yezidlərin, şümrlərin, ömər sədlərin, ibn ziyadların, hərmələlərin, özünə əbədi atəşi vacib etmiş minlərlə digər bəşəri canilərin adını lənətsiz çəkən?!

Amma Ruqəyyələri, Səkinələri, onlarla digər qəhrəman balaları hamı necə məhəbbətlə yad edir, onları öz İlahi məhəbbətinə vəsilə qərar verir…




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin