Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu


Kərbəla şəhidlərinin pak qanları olmasaydı



Yüklə 0,86 Mb.
səhifə78/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   74   75   76   77   78   79   80   81   ...   100
Kərbəla şəhidlərinin pak qanları olmasaydı...

Məhərrəm-Səfər əyyamının yalnız ilk ongünlüyünün deyil, tam şəkildə yaşadılması həm də Aşuradan sonra baş verən hadisələrə diqqət çəkməyə, onlar barədə xəbərdar olmağa, öyrənməyə imkan verir. Aşuradan sonrakı günlərə nəzər salanda görürük ki, Yezid (lən) və onun tör-töküntülərinin bu mərhələdəki əsas hədəfi - Aşura cinayətindən sonra sağ qalanları da özlərinə tabe etdirmək, etiraz potensialını sındırmaq idi. Aşuradan sonra sağ qalan Əhli-beyt (ə) əsirlərini elə bir hala salmaq istəyirlər ki, onlar təslim olsun, artıq bütün ümidlərini kəssinlər və tabe olduqlarını ifadə etsinlər. Mahiyyətcə Yezid (lən), Həzrət Peyğəmbərin (s) gətirdiyi həqiqi İslamın bununla məhvinə nail olmaq istəyirdi və “Əməvi İslamı” kimi bir hoqqanı bərqərar etmək istəyirdi. Bununla da İslamın bəzi zahiri atributlarından başqa heç bir şey qalmayacaqdı. Necə ki, Qədir-Xumda İmam Əlinin (ə) Peyğəmbər (s) canişini seçilməsi elan olunmasaydı - İslam olmayacaqdı, eləcə də Yezid (lən) öz cinayətlərini hədəfinə çatdıra bilsəydi, mübarək İslam dini - Rəsulallahın (s) gətirdiyi bir din olmayacaqdı. Əba Əbdillah (ə) canını fəda etməsəydi, Kərbəla şəhidləri Allah yolunda öz həyatlarından keçməsəydi, Aşura günü yaşanmasaydı, İslamın mahiyyəti aradan gedəcəkdi. Amma, Kərbəla şəhidlərinin pak qanları İslamı Zəmanə Sahibinin (ə.f) zühuruna qədər olan dönəmə qədər təhvil verir və Zəmanə Sahibinin (ə.f) zühuru ilə, inşəallah, bəşəriyyət İslam ilə öz yekun halına və fəlsəfəsinə gəlib çatacaq.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin