Sağlam ailə və insanların mənəvi rahatlığı
İslamın ailəyə baxışı düzgün, prinsipial və ciddi səylə yanaşıdır. Onda ailə əsas məsələ edilmişdir, ailənin təməlini pozmaq, yaxud onu gərginləşdirmək ən pis işlərdən sayılır.2
İslamda ailə iki insanın sakin olduğu yer, iki insanın psixoloji dinclik yeri, iki insanın bir-biri ilə ünsiyyət yeri, bir nəfərin digər bir nəfər vasitəsi ilə təkamül yeri, insanın səfalılıq tapdığı, psixoloji rahatlıq tapdığı yerdir. Bu, ailə mühitidir. İslamda ailə ocağının bu qədər əhəmiyyəti var.3
İslam Quranda bir neçə yerdə qadın və kişinin yaranışını, birgəyaşayışını və nəhayət, cütlüyünü qadın və kişinin mənəvi rahatlığı və hüzuru üçün vacib bilmişdir.4
Quranda “Ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur“5 ayəsi gəlmişdir. Əgər səhv etməsəm, Quranda iki yerdə sakinlik ifadəsi işlənib.6 Allah-Taala insanın tayını öz cinsindən edib. Qadının və kişinin tayını öz cinsindən edib ki, kişi, yaxud qadın öz həyat yoldaşının yanında dinclik hiss etsin.7
Bu - rahatlıq, sakinlik, həyatın iztirablarından və psixoloji sarsıntılardan qurtuluşdur. Həyat mübarizə meydanıdır. İnsan onda daim bir növ iztirab halındadır. Bu çox mühüm bir məsələdir. Əgər bu hüzur və sakinlik düzgün formasında həyata keçsə, həyat səadətli olar, qadın xoşbəxt olar, kişi xoşbəxt olar, bu ailədə doğulan və böyüyən uşaqlar komplekssiz böyüyər və xoşbəxt olarlar. Yəni bu baxımdan, bunların hamısının xoşbəxtliyi üçün şərait yaranmışdır.8
Dostları ilə paylaş: |