İslam cəmiyyətlərində ailə
İslam cəmiyyətində ər və arvad birgədirlər, bir-birinə məxsusdurlar, bir-birinin qarşısında məsuliyyət daşıyırlar, övladlar və ailə qarşısında məsuliyyət daşıyırlar. Görün İslama görə ailə nə qədər əhəmiyyətlidir!5
İslam cəmiyyətlərində ailə o qədər möhkəmdir ki, bəzən iki nəsil də ötür və siz babanın, atanın və nəvənin bir evdə bir yerdə yaşadıqlarını görürsünüz. Bu nə qədər dəyərlidir! Nə bunlar onlardan doyurlar, nə də onlar bunlarla pis rəftar edirlər; hamı bir-birinə kömək edir.6
Müsəlman və dini cəmiyyətlərdə iki insan uzun müddət bir yerdə yaşayır, bir-birindən əsla doymur, zaman keçdikcə bir-birinə daha artıq bağlanır, ünsiyyət, məhəbbət və vəfadarlıqları daha da artır. Bu, sözügedən dindarlığın və ilahi cəhətlərə riayət etməyin xüsusiyyətidir.1
İslamda və İslam mədəniyyətində ailə davamlıdır. Ailənin içində babalar, nənələr, ata və analar var; nəvə və nitəcələrini görürlər, ənənələrini bir-birinə ötürürlər, keçmiş nəsil öz irslərini sonrakı nəslə təhvil verir. Keçmişlə əlaqəsiz, köksüz, yalqız və duyğusuz yetişmirlər.2
İslam ailəsi – dünyaya örnək
Allaha şükür olsun ki, ölkəmizdə və bir çox Şərq cəmiyyətlərində, xüsusən də İslam cəmiyyətlərində ailə təməli hələ qorunur. Allahın lütfü ilə ailə əlaqəsi var, səmimiyyət, səfalılıq və sevgi var. Qadının ürəyi öz kişisi üçün döyünür, kişinin də ürəyi öz qadını üçün. Onlar bir-birlərini ürəkdən sevirlər, səmimi həyatları var. Başqa yerlərdə bunlar çox azdır, bizim ölkələrimizdə isə çoxdur. Bunu təmin edin.3
Dostları ilə paylaş: |