"Böyüklər də kömək etsinlər!"
Gənclərə yol göstərmək lazımdır, lakin həyatın onlara çətinləşməməsi üçün işlərinin xırdalığına çox qarışmaq lazım deyil.3
Olmasın ki, bəzi adamlar öz müdaxilələri ilə, bəziləri özlərinin anlaqsızlığı və uşaq xisləti ilə bu möhkəm binanı kiçik bir şeylə tərpətsinlər. Əgər öz dəxalətlərinin bu ər-arvadı bir-birinə qarşı soyutduğunu görsələr, daha qarışmağa haqları yoxdur.4
Böyüklər bu gənclərin rahat yaşamalarını istəyirlərsə, onlara nəsihət etməli və yol göstərməlidirlər, lakin dəxalət etməməlidirlər. Qoyun həyatlarını yaşasınlar.5
Olmasın ki, Allah eləməmiş, böyüklər gəlib cütlüyün birinin yanında o birisini pisləsinlər, bir söz deyib inciklik yaratsınlar. Əslində böyüklər bunları bir-birinə daha da yaxınlaşdırmağa, ürəklərini bir-birinə daha möhkəm birləşdirməyə çalışmalıdırlar.6
Məhəbbət yaratmaqda valideynin böyük rolu var. Qız və oğlanın valideynləri daim bunları bir-birinə qarşı məhəbbətli etməyə çalışmalıdırlar. Əgər tərəf-müqabildən xoşlarına gəlməyən bir şey görsələr, onu öz övladlarına deməsinlər. Bunların bir-birinə günbəgün daha yaxın və daha sevgili olmalarına imkan versinlər.7
Ata və analar çalışıb ər-arvadların - bu uşaqlarının, izdivac edən gənclərin məhəbbətini təmin etməlidirlər. Bəzən bir incikliyin yaranması mümkündür. Təcrübəli, böyük və ağıllı ata-analar bu incikliklərin gənc ər-arvadın bir-birindən soyumasına səbəb olmasına qoymasınlar.1
Dostları ilə paylaş: |