Etika elminin predmenti, formalaşması Etika elminin bölmələri Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq



Yüklə 82,88 Kb.
səhifə5/20
tarix10.11.2022
ölçüsü82,88 Kb.
#119253
1   2   3   4   5   6   7   8   9   ...   20
etika pdfler

2.2.Orta əsrlərdə etik fikirlər
Müqəddəs Avqustin Kilsə uzun müddət ərzində öz əxlaqi ideyalarını rasionalnəzəri təlimlər, ilk növbədə məntiq və fəlsəfənin köməyi ilə həyata keçirməyə çalışmışdı. Orta əsrlərin etik ideyalarının inkişafında patristika dövrü əhəmiyyətli rol oynamışdır. Həmin dövrü təmsil edən “kilsə ataları” qarşısında öz həllini gözləyən əsas məsələlərdən biri ağıl və inam, iradə azadlığı və alın yazısı problemi idi.
Digər tədqiqatçılardan fərqli olaraq Tertulian dini ideyaların fəlsəfi əsasalandırılmasını rədd edir, bunu xristian dünyagörüşünə zidd olduğunu hesab edirdi. Din və inam fəlsəfə və ağıl məhkəməsində müzakirəyə verilə bilməz. Belə bir ifadə onun adına yazılır: “İnanıram, çünki absurdludur”. Tertulianın fikrincə, xristian kilsəsi insan nəslinin dirçəldilməsinə xidmət edir. Ənənəvi dəyərləri unutmaq, yeni, xristian dəyərləri qəbul etmək lazımdır
Tertulianın etikasına kiniklərin təsiri güclü olmuşdur. Bütün tələblərə əməl etmək olduqca çətindir. Xilas yolunu seçən insan daxilən buna hazır olmalıdır, o, bu yolda qətiyyətli olmalıdır. Tertulian xristian kilsəsinin mənəvi ehkamlarına dəstək versə də, eyni zamanda bir sıra məsələlərdə xristian etikasının bəzi ideoloji funksiyalarına qarşı çıxış edirdi.
Beləlikə, orta əsrlər etikasında xristian cərəyanı özünəməxsus yol keçir, kilsənin mövqeyi möhkəmləndikcə teologiya və fəlsəfənin də ittifaqı daha möhkəm olurdu. Bu sahədə Avqustin Avrelinin (350-430) xidmətləri olduqca böyük olmuşdur. Ən böyük xristian alimlərindən biri sayılan və Müqəddəs ləqəbi ilə tanınan Avqustin fəlsəfənin təxminən min il sonrakı inkişafını müəyyən etmişdi. Avqustin etikanın bir çox müddəalarını ilahi ehkamlarla bağlamışdır. Öz “Tövbə” əsərində Avqustin belə bir fikri əsaslandırmağa çalışır ki, allah fövqəl yaradıcı qüvvədir, onun fəaliyyət məqsədi isə elə özüdür. Allah özü-özünə bərabər olan ali məziyyətdir. Bununla da dünyada olan bütün insanlara da həmin məziyyəti bəxş edir. Konkret məzmunundan asılı olmayaraq allahın iradəsi elə xeyirin özü, yeganə ali yaxşılıqdır
Avqustin belə əxlaqi hökmü irəli sürür: “Allahı sev, amma ondan istifadə etmə, bu dünyanın məziyyətlərindən faydalan, lakin onlara sevinmə
Bəzi məsələlərlə Avqustinin daha bir xristian tədqqiatçısı, öz müasiri Pelaqi ilə mübahisə edirdi. Pelaqi xristian əxlaq haqqında belə düşünürdü: insan əxlaqi suverenliyə malikdir. İnsanın “xilas” olunması onun iradə azadlığı əsasında baş verə bilər. Azadlıq haqqında təlimi, məziyyət haqqında ideyanı o, kilsə ehkamlarından uzaqlaşdırır. O, hesab edirdi ki, qanun yaradan allah eyni zamanda həmin qanunu reallaşdırmaq üçün azad iradəni də vermişdir. Burada imkan, meyl, yəni arzu və həqiqət, gerçəklik var. Anadangəlmə günah yoxdur. İnsan əslən azaddır. Allah insanın əxlaqi kamilləşmə işində yaxından iştirak edir. Allahın verdiyi cəza insanın yaxşı və yaxud bəd əməllərinə uyğun olur. Avqustin Pelaqinin belə yanaşmasını qəbul etmir, o, deyir: ola bilməz ki, hər kəsin taleyi onun öz əlində olsun İnsan bütövlükdə allahın iradəsindən asılıdır. Avqustin əxlaqı tamamilə dinə tabe edir. İnsanın əxlaqi davranışının hərəkətverici qüvvəsinin sevgi olduğunu göstərir. Əxlaqın vəzifəsi sevgini insan təbiətinə tam uyğun olan predmetə yönəltməkdir. Həmin predmet yalnız allah ola bilər. İnsanın öz yaxın və əzizlərinə bəslədiyi sevgi allaha olan sevginin bir variantıdır.

Yüklə 82,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin