Ünsiyyət. Müasir dövrdə ünsiyyətin psixologiyasında ünsiyyətə belə tərif verirlər:”iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmişqarşılıqlı təsirinə ünsiyyət deyilir”.
L.S.Vıqotski ünsiyyət tələbatına uşağın psixi inkişafının əsas və hərəkətverici
qüvvəsi kimi xüsusi əhəmiyyət verirdi.O,göstərirdi ki,uşağın xarici aləmə hətta ən sadə münasibəti də başqa adama münasibət vasitəsilə əks olunur.
Məzmun və məqsədindən asılı olaraq ünsiyyəti bir neçə növə bölmək olar.Məzmununa görə o maddi kimi təqdim oluna bilər( ərzaq və əşyanın dəyişdirilməsi) koqnitiv, ( bilik münasibəti) motivasiyalı, (hiss,məqsəd,maraq və motiv tələbatları) fəaliyyətlə əlaqəli, (bilik,bacarıq və vərdişlər mübadiləsi) və s.
Ünsiyyət və fəaliyyət arasında fərqlər vardır.Belə ki,ünsiyyət nəticəsində insanlar bir-birinə təsir edir.Fəaliyyət nəticəsində isəinsanın intelektual,aktiv inkişaf forması onun şəxsiyyət kimi formalaşmasında ifadə olunur.Fəaliyyət də ünsiyyət kimi şəxsiyyətin intelektual inkişafında iştirak edir.
İnsanların qarşılıqlı münasibətləri bir-birilə də bağlı olsa da,onları ünsiyyətlə eyniləşdirmək olmaz.Çünki ünsiyyət insanların birgə birgə həyat fəaliyyəti ilə şərtlənir.Qarşılıqlı münasibətlər ünsiyyətin məzmununa təsir göstərə bilir.Qarşılıqlı münasibətlər : a) formal (rəsmi) , b) qeyri-formal (qeyri-rəsmi), formada həyata keçirilir.
Formal qarşılıqlı münasibətlər fəaliyyətin normativ cəhətlərini əks etdirir vəişgüzar münasibətlərdə ifadə olunur. Məsələn,məktəblərdə “direktor-müəllim” tipli münasibət formalqarşılıqlı münasibətə misal ola bilər.Onların qarşılıqlı münasibətləri rəsmi xarakter daşıyır,inzibati-hüquqiqaydalarda tənzimolunur.
Qeyri-formal qarşılıqlı münasibətlər isə heç kəs tərəfindən müəyyən edilmir,psixoloji cəhətdən əlverişlişərait olduqda öz-özünə yaranır.Burada qarşılıqlı münasbətin (ər-arvad,iki dost,iki yoldaş,iki tanış və s.) xarakterindən asılı olaraq müəyyən psixoloji məsafə gözlənilir.Məsələn, ər-arvad qarşılıqlımünasibəti üçün məqbul hesab edilən rəftartərzi,ünsiyyət forması,eyni qrupda təhsil alan oğlan və qızın qarşılıqlı münasibətlərində qəbul olunmur.Onların pozulması, adətən əxlaqi meyarlarla qiymətləndirilir.
Bir çox psixoloqlar ( Ə.S.Bayramov,Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev, Ə.Qədirov və s.) ünsiyyət mədəniyyətinin əhəmiyyətini xüsusi qeyd edirlər.Ünsiyyət mədəniyyəti insan münasbətlərinin daxili gözəlliyində öz əksini tapır.Nəzakətlilik,təmkinlilik,mehribanlıq, xeyirxahlıq,tərəf-müqabili dinləmək bacarığı və başa düşmək arzusu,onun zövqünə ,fikirlərinə ,ovqatına hörmətlə yanaşmaq,sevinc və kədərini anlamaq,dərdinə şərik olmaq-bütün bunlar ünsiyyət münasibət və qaydalarını mənimsəmək üçün ilkin vacib şərtlərdəndir.
Dostları ilə paylaş: |