Etika və psixologiya



Yüklə 61,55 Kb.
səhifə11/22
tarix01.01.2022
ölçüsü61,55 Kb.
#103275
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
Təxəyyül.Düşüncə.

Düşüncə.Düşüncə sosial cəhətdən şərtlənən psixi prosesdir. Hər biy fərdin düşüncəsi insanların ictimai- tarixi təcrübəsinə istinad edir.Təfəkkürün əsas formalarının qanunauyğunluqları formal məntiq,onun beyin mexanizmi isə fiziologiya elmi tərəfindən öyrənilir. Düşüncə psixoigiyada daha geniş aspektdə nəzərdən keçirilir.Psixologiyada düşüncə dərk edən subyektlə dərk olunanobyekt arasında qarşılıqlı təsir prosesi ,subyektin ətraf aləmə bələdləşməsinin aparıcı forması kimi öyrənilir.

Düşüncə cisim və hadisələrin mahiyyətinin ,onlar arasındakı əlaqə və asılılıqlarıninsan şüurunda ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak prosesidir.

Düşüncənin prosesləri.İnsan həyat və fəaliyyət zamanı qarşıya çıxan məsələləri,problemi həll etmək,suallara cavab tapmaq üçün fikirləşir və bu vaxt bir sıra fikri əməliyyat icra edir.Bu halda düşüncə bir proses kimi insanın idrak fəaliyyətində iştirak edir.Bu cəhət fikri fəaliyyət adlanır.Fikri əməliyyata və ya düşüncə proseslərinə təhlil və tərkib,müqayisə,ümumiləşdirmə,konkretləşdirmə və təsnifat daxildir.

T ə h l i l cismi, hadisəni fikrən hissələrinə ayırmağa, yəni tamın ayrı-ayrı əlamətlərinin, keyfiyyətlərinin,cəhətlərinin müəyyənləşdirilməsinə deyilir.Təhlil cismi vəhadisəni fikrən hissələrinə ayırmaqdırsa, t ə r k i b həmin hissələri fikrən birləşdirməkdən ibarətdir. M ü q a y i s ə cisim və hadisələr arasında oxşar və fərqli cəhətləri fikrən müəyyənləşdirməkdən ibarət olan əməliyyata deyilir.Ü m u m i l ə ş d i r m ə cisim və hadisələri mühüm əlamət və xassələrinə görə birləşdirməkdən ibarət olan fikri əməliyyatdır.Cisim və hadisələrdə mövcud olan hər hansı bir mühüm əlaməti ,xassəni müəyyən nıqteyi- nəzərdən fikrən ayırıb ,nəzərdən keçirməkdən ibarət olan fikri əməliyyata m ü c ə r r ə d l ə ş d i r m ə deyilir. K o n k r e t l ə ş d i r m ə müəyyən ümumi müddəaya aid olan xüsusihalları fikrən müəyyənləşdirməkdən ibarətdir.

Düşüncənin növləri.Psixologiya düşüncəni mühüm idrak fəaliyyəti kimi öyrənərkən müxtəlif əsaslara görə onu növlərə ayırır:əyani-əməli ,əyani obrazlı,mücərrəd,əməli və ya praktik, texniki ,bədii,məntiqi . Təbiət və ictimai həyat hadisələrini donmuş, dəyişməz deyil,daim inkişaf edərək dəyişmə prosesində əks etdirən düşüncə dialektik düşüncə adlanır.

Təxəyyül.Keçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında yeni sürətlərin yaradılmasından ibarət olan psixi prosesə təxəyyül deyilir.Təxəyyül surətləri necə formalaşır? İnsan onları yenidən yaradır,yoxsa həyatdan götürür?

Əlbəttə, təxəyyül də bütün psixi hadisələr kimi xarici aləmin inikasıdır.Bununla birlikdə, təxəyyülün özünə aid xüsusiyyətləri vardır.Qavrayış, hafizə kimi psixi proseslər cisim və hadisələrdə gerçək mövcud olan xüsusiyyət, münasibət və qanunauyğunluqları əks etdirir.Təxəyyül prosesində isə insan xarici aləmdə bilavasitə olmayan yeni surətlər yaradır.Lakin insan təxəyyül prosesində nə qədər yeni surətlər yaratsa da ,heç bir şeyi özündən uydurmur,yeni surətin ayrı-ayrı əlamət və ünsürlərini ancaq həyatdan götürür.

Təxəyyül tarixən əmək fəaliyyətində təşəkkül tapmışdır.İnsan tədricən əməyin nəticəsini dərk etməyə başlamış,əmək prosesinin sonunda əldə edilən nəticəni hələ proses başlamazdan əvvəl təsəvvür etməyi,fikrən yeni surətlər yaratmağı öyrənmişdir.

Təxəyyül bədii əsərin qavranılması,fikri məsələnin həll edilməsi,fəaliyyətin planlaşdırilması prosesində bilavasitə iştirak edir və onların məhsuldarlığını şərtləndirən əsas amillərdən birinə çevrilir.




Yüklə 61,55 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin