Etika və psixologiya



Yüklə 61,55 Kb.
səhifə15/22
tarix01.01.2022
ölçüsü61,55 Kb.
#103275
1   ...   11   12   13   14   15   16   17   18   ...   22
Duyğular. Duyğular təsir edən qıcıqlandırıcıların müvafiq resoptorlara təsiri nəticəsində baş verdiyinə görə onları təsir etdiyi resoptorlaraəsasən təsnif edirlər.İnikasın xarakterinə və resoptorların yerləşdiyi yerə görə duyğular üç qrupa bölünür:

1.resoptorları bədənin səthində yerləşən və xarici mühitin cisim və hadisələrin xassələrini əks etdirən eksteroseptiv duyğular

2. resoptorları daxili üzvlərdə ,həmçinin bədənin toxumalarında yerləşən və daxili üzvlərin vəziyyətini əks etdirən introseptiv duyğular

3.resoptorları oynaq və əzələlərdə yerləşən,bədənimizin hərəkəti və vəziyyəti haqqında məlumat verən proprioseptiv duyğular.

Ekstreoseptorları iki qrupa bölmək olar: kontakt və distant resoptorlar.Kontakt resoptorlarda qıcıqlanma onlara təsir edənobyektlərlə bilavasitə təmas zamanı baş verir. Lamisə (dəri ) və dadbilmə resoptorları bu cür resoptorlardır.Distant resoptorlar bizdən uzaqda olan obyektlərə qıcıqlanma reaksiyası verir: distant resoptorlara görmə,eşitmə,iybilmə daxildir.

Qeyd olunan duyğuları,müasir elmi araşdırmalarnöqteyi-nəzərindənxarici (eksteroseptorlar) və daxili ( interoseptorlar) növlərə bölünməsini düzgün hasab etmək olmaz.Çünkibəzi növ duyğular (məsələn, ağrı, dadbilmə, oynaq-əzələ və s.) həm xarici , həm də daxili duyğular hasab olunur.

Bizi əhatə edən aləm çox mürəkkəbdir. Ona görə də həmin aləmi əks etdirən hiss üzvlərimiz hər hansı hadisəyə qarşı az və ya çox dərəcədə həssas ola bilər,başqa sözlə desək,həmin hadisəni az və ya çox dəqiqliklə əks etdirə bilər.Deməli, biz hiss üzvlərinin həssaslığı müəyyən şəraitdəduyğu yaratmağa qabil olan ən az qıcıqla müəyyən edilir.Hər hansı qıcıqlandırıcıların gücləseçiləcək duyğu yaradan ən kiçik qüvvəsi həssaslığın aşağı mütləq həddi adlanır.

Həmin həddən aşağı olan qıcıqlar duyğu yaratmaq və onlar haqqında olan siqnallar baş beyin beyin qabığına ötürülür.Beyin qabığı orqanizm üçün vacib olan impulslar qəbul edir,qalanları isə saxlayır.Vəziyyətin bu cəhəti bioloji cəhətdən məqsədəmüvafiqdir.Heç bir orqanizmin baş beyin yarımkürələri qabığı ətrafda baş verənləri eyni şəkildə qavrayaraq ona qarşı reaksiya vermir.Əgər bu hal olsaydı onda orqanizm məhv olardı.

Dərslik ədəbiyyatında göstərilir ki,duyğuların aşağı həddi müvafiq analizatorun mütləq həssaslıq səviyyəsini müəyyən edir.

Həssaslığın aşağı duyğu həddi ilə yanaşı ,yuxarı duyğu həddi də vardır.Təsir edən qıcıqlandırıcıya müvafiq duyğu yaratmaqda ən yüksək qıcıq qüvvəsinə həssaslığın yuxarı mütləq həddideyilir.

Duyğuların qarşılıqlı təsiri prosesində zəif qıcıqlandırıcılar onların həssaslığını artırır,qüvvətlilər isə azaldır.


Yüklə 61,55 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin