Etika və psixologiya


Qavrayışın əsas xüsusiyyətləri



Yüklə 61,55 Kb.
səhifə17/22
tarix01.01.2022
ölçüsü61,55 Kb.
#103275
1   ...   14   15   16   17   18   19   20   21   22
Qavrayışın əsas xüsusiyyətləri. Qavrayış hiss üzvlərinə bilavasitə təsir edən cisim və hadisələrin bütün əlamət və xassələrinin bütövlükdə inikasıdır.Qavrayış daha mürəkkəb idrak prosesidir.Onun tərkibinə duyğularla yanaşı insanın keçmiş təcrübəsi də daxildir.Bundan əlavə ,qavrayış prosesi daha mürəkkəb idrak prosesləri:nitq, təfəkkür, iradə və s.üzvi surətdə bağlıdır.Odur ki,mühüm idrak prosesi kimi qavrayışın bir sıra spesifik xüsusiyyətləri vardır.Məsələn, sinif lövhəsini qavrayarkən yalnız onun qara rəngini deyil,həm də həcmini, formasını birlikdə əks etdiririk.Bu halda qavrayış predmeti bütövlükdə əks etdirir.

Qavrayış prosesində insanın keçmiş təcrübəsini iştirak etməsi onun qavrayışını mənalı edir.Qavrayış insanın marağından,meyilindən,dünyagörüşündən ,emosional və s .asılıdır.Bu cəhətlər qavrayışın seçiciliyində daha aydın şəkildə nəzərə çarpır.İnsana eyni zamanda müxtəlif cisimlər təsir göstərir,onlardan bir qismini daha aydın,aşkar əks etdirik,digər qismi isə nisbətən tutqun olur və ya onları heç qavramırıq Çünki insan eyni zamanda ona təsir edən müxtəlif və rəngarəng cisimlərin ,hadisələrin hamısını qavraya bilməz.Onlardan yalnız müəyyən cisimlər ayırd edilir,qavranılır.Bu isə insanın həmin cismə olan münasibətilə təyin olunur.

Qavrayışın seçiciliyi şəxsiyyətin xüsusiyyətlərindən asılı olaraq müəyyən obyektləri başqalarından ayıraraq daha aydın ,aşkar surətdə əks etdirməklə bağlıdır.Bu halda aydın qavradığımız cisim və qavrayışın obyekti , yerdə qalanlar isə fon olur.

Qavrayışın məzmun və istiqamətinin insanın təcrübəsindən ,həyata münasibətindən ,maraqlarından,bilik zənginliyindən asılı olması appersepsiya adlanır.Bu da qavrayışın mühüm xüsusiyyətidir.Appersepsiya insan qavrayışını fəallaşdırır.Belə ki, insan hər hansə cismi ,hadisəni qavrayarkən ona müəyyən münasibət bəsləyir.Odur ki,qavrayış müvafiq appersepsiya olduqda daha müvəffəqiyyətlə cərəyan edir.




Yüklə 61,55 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin