Etika və psixologiya



Yüklə 61,55 Kb.
səhifə12/22
tarix01.01.2022
ölçüsü61,55 Kb.
#103275
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
Təxəyyülün növləri. İnsan bir çox hallarda müxtəlif təxəyyül surətləri yaradır.,lakin onları həyata keçirmir və yaxud elə şeylər fikirləş ki,onları həyata keçirmək əslində mümkün olmur.Belə təxəyyülə passiv təxəyyül deyilir.Passiv təxəyyül həm niyyətli, həm də niyyətsiz olur.

Niyyətli passiv təxəyyülə misal olaraq xülyanı göstərmək olar.Xülya zamanı insan əsrsrəngiz surətlər yaradır, onları gözünün qabağında canlandırıb xoşallanır.Bu prosesdən həzz alır.Lakin onları həyata keçirmir.Passiv təxəyyül surətləri hər hansı bir təəssüratın ,söz və hissin təsiri ilə niyyətsizsurətdə də əmələ gələ bilər.

Xülyanı xəyalla eyniləşdirmək olmaz.Xəyal arzu edilən gələcəin surətini yaratmaqdan ibarət olan təxəyyül prosesidir.

Aktiv təxəyyül müxtəlif formalarda özünü göstərir.Bərpaedici və yaradıcı təxəyyül onun əsas növləri hesab olunur.

Obyektin təsvir,çertyoj,sxem,not,xəritə və s.əsasında yaradılan surətinə bərpaedici təxəyyül deyilir.Bərpaedici təxəyyül surətlərini xarakterizə edərkən iki cəhəti xüsusilə fərqləndirmək lazımdır.Onlar ilk baxışda müəyyən təsvir əsasında yarandıqları üçün hafizə təsəvvürlərini xatırladırlar.Lakin mahiyyət etibarilə hafizə təsəvvürlərindən fərqlənirlər.

Bərpaedici təxəyyül müxtəlif fəaliyyət sahələrihdə olduğu kimi ,təlim prosesində də mühüm rol oynaır.Təxəyyül biliklərin mənimsənilməsində mühüm rol oynamaqla bərabər ,həm də onları möhkəm yadda saxlamağa yardım edir.

Bərpaedici təxəyyül surətləri düzgün və dəqiq olduqda xüsusilə böyük idrak əhəmiyyəti kəsb edir.Onların dəqiqliyi,hər şeydən əvvəl ,şagirdin təsviri anlamaq səviyyəsindən ,dolğuntəsəvvürlərə malik olmasından asılıdır.

Bərpaedici təxəyyül surətlərinin yaradılması daxili prosesdir.Başqa adamlarla ünsiyyət zamanı bu surətlər əsasən iştirak etmir.

Yaradıcı təxəyyül fəliyyətin orijinal və dəyərli məhsullarında reallaşdırılan yeni surətlərin müstəqil yaradılmasını nəzərdə tutur.Bərpaedici təxəyyül surətləri müstəqil yaradılmır.Yaradıcı təxəyyül surəti müstəqil yaradılan surətdir.Məsələn, C.Məmmədquluzadənin “Poçt qutusu” hekaəsi yazıçının yaradıcı təxəyyülünün məhsuludur.Bizim bu hekayə əsasında yaratdığımız surətlər isə bərpaedici təxəyyül surəti olacaqdır.

Yaradıcı təxəyyül, bərpaedici təxəyyüldən fərqli olaraq ,insanı sözün əsl mənasında yaradıcı şəxsiyyət kimi xarakterizə edir.Yaradıcı təxəyyül surətlərində insanın şəxsiyyəti ,varlığa münasibəti ,həyatı dərk və izahetmə bacarığı ,sənətkarlığı və s.bütün aydınlığı ilə əks olunur.Yeni orijinal surətlərin yaradılması prosesi,bərpaedici təxəyyülə nisbətən ,mürəkkəb və ziddiyyətlidir.Onlar gərgin yaradıcı əməyin məhsuludur.Bu baxımdan uşaqların yaradıcı fəaliyyəti diqqəti xüsusilə cəlb edir.

Görkəmli şair,rəssam,aktyor və ya alimlərin bir çoxununyaradıcılıq tərcümeyi-halı məhz uşaqlıq illərindən başlayır.Ailədə də,məktəbdə də uşaqların yaradıcı fəaliyyətinə qayğı ilə yanaşmaq ,ona düzgün istiqamət vermək zəruridir.



Yüklə 61,55 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin