Etika və psixologiya



Yüklə 61,55 Kb.
səhifə13/22
tarix01.01.2022
ölçüsü61,55 Kb.
#103275
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
Diqqət.Duyğular.

Diqqət. Diqqət mürəkkəb psixi hadisə kimiçoxcəhətli insan fəaliyyətinin bütün sahələrinə xidmət edir.Buna görə də diqqəti müxtəlif meyarlara görə təsnif etmək olar.

Diqqətin iki növü var: qeyri-ixtiyari və ixtiyari.Bu meyara görə diqqət qeyri-ixtiyari və ixtiyari növünün olduğu ayırd edilir.

Qeyri-ixtiyari diqqət heyvanlarda da vardır.Çünki cisim və hadisələrin bilavasitə təsiri nəticəsində əmələ gəlir.Bu halda qıcıqlayıcının xassələrindən asılı olraq diqqət müəyyən obyektlərə yönələ bilir.Deməli,qabaqcadan qarşıya qoyulmuş məqsədlə ,heç bir xüsusiyyətlə bağlı ılmayan və iradi cəhət tələb etməyən diqqətə qeyri-ixtiyari diqqət deyilir.

Qeyri-ixtiyari diqqət zamanı insanın psixi fəaliyyəti ətraf cisim və hadisələrdən asılı olaraq onlara yönəlir.Buna görə qeyri-ixtiyari diqqət adamın hazır olmadan ,qıcıqlandırıcının bilavasitə təsirilə əmələ gəlir, yalnız qıcılandırıcı təsir etdiyi müddətdə mövcud olur.Onun gərginliyi qıcıqlandırıcının qüvvəsindən asılıdır.

Qeyri-ixtiyari diqqət həm də insanın emosional vəziyyətindən asılı olaraq əmələgəlir.Buraya insanın sağlamlıq dərəcəsi,əhvali-ruhiyyəsi,tələbatı,maraqları və s. aiddir.Məsələn, bir cismə maraq davamlı diqqət yaradır.Onu uzun müddət müşahidə etməyə ,öyrənməyə yönəldir.Bundan əlavə ,təsir edən qıcıqlayıcının insan tələbatlarına ,daxili vəziyyətinə uyğun gəlməsi də vacibdir.Ac adamı xörəyin iyi tez cəlb edir.Deyilənlərdən məlum olur ki,qeyri-ixtiyari diqqət : 1) bizə təsir edən qıcıqlayıcıların xüsusiyyətlərindən ,yəni xarici səbəblərdən, 2)insanın daxili emosional vəziyyətindən ,şəxsiyyətin istiqamətindən asılıdır.

İxtiyari diqqətin yaranması insanın xüsusi niyyəti və məqsədi ilə bağlıdır.O,daha çox fəaliyyət prosesində əmələ gəlir.Fəaliyyətin tənzimlənməsinə yönəlmiş olur.Qarşıya qoyulmuş şüurlu məqsədlə bağlı olaraq əmələ gələn və müəyyən iradi səy tələb edən diqqətə ixtiyari diqqət deyilir.

İxtiyari diqqət prosesində biz heç də təsir edən bütün qıcıqlandırıcıları deyil,yalnız məqsədimizə müvafiq olan qıcıqlandırıcıları seçirik.Bu isə həmin obyektlərə diqqət etməyə qabaqcadan hazırlaşmağı tələb edir.


Yüklə 61,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin