Azərbaycanda etik fikir.İslam etikası.
Dünya mifoloji və fəlsəfi fikir tarixi insanın mənəvi həyatı ilə bağlı nümunələrlə zəngindir.Belə nümunələrdən biri “Avesta”dır.Şərq xalqlarının və ümumiyyətlə dünya xalqlarının fikir tarixində görkəmli yer tutan Zərdüştilik və onun nəzəri təcəssümü olan “Avesta”dualist zəmində inkişaf tapmışdı.Dini –fəlsəfi doktrina olmaqla yanaşı ,Zərdüştilik etik ideyalarla zəngindir.Zərdüşt inamına görə bütün varlıq 2 əks qüvvənin mübarizəsi üzərində qurulub: 1) işıq 2) zülmət. Bütün şəxsiyyət idealı 3 amilin vəhdətindən yaranıb: 1) xeyirxah niyyət 2) xeyirxah söz vəyz fikir 3) xeyirxah əməl.
Uzun əsrlik tarixə və zəngin ənənələrə malik olan Azərbaycan xalqının etik mədəniyyəti və onun ayrı-ayrı problemləri xüsusi tədqiqat obyekti olduğundan ,onun bəzi maraqlı məqamları üzərində dayanmağa çalışaq.
Ərazisində ibtidai insan məskənləri ,mağaralar, şəhər xarabalıqları,qaya təsvirləri,əmək alətləri,gil qablar,bəzək əşyaları və s. tapılan Azərbaycan çoxəsrlik tarixə malik qədim mədəniyyət ölkəsidir.
Azərbaycan maddi mədəniyyət nümunələri ilə yanaşı, mənəvi mədəniyyət abidələri ilə də zəngindir. Azərbaycan şifahi xalq ədəbiyyatında insanların etik görüşlərini əks etdirən çoxlu nağıllar,dastanlar,mahnılar mövcuddur.Burada zülmə,haqsızlığa nifrət,xoşbəxt gələcəyə çağırış sədaları diqqət mərkəzindədir.Nağıllarımız ,dastanlarımız,habelə aşıq yaradıcılığın etik fikirlərlə zəngindir.Burada xeyir və şər ,ədalət və haqsızlıq,dostluq və əməksevərlik və sairə kimi problemlərdən bəhs olunur.Fikrimizi əsaslandırmaq üçün bir neçə nümunəyə baxaq:Ana kitabımız “Kitabi-Dədə-Qorqud”dastanında ağsaqqala,qadına hörmət lövhələri gözümüz önündə canlanır. Şifahi xalq ədəbiyyatımızın ən maraqlı janrlarından olan Azərbaycan xalq nağılları etik fikir baxımından daha çox diqqəti cəlb edir. Nəinki realist səpkili xalq nağıllarında ,hətta romantik səpkili sehirli nağıllarda həmçinin heyvanlar haqqında olan nağıllarda da xeyir və şər,ədalət və haqsızlıq,dostluq,əməksevərlik,sədaqət, xəyanət,məhəbbət və s.kimi problemlərdən bəhs edilir.“Qazanılmış manat” nağılında insan əməyinə verilən qiymət ,ailə tərbiyəsi diqqət mərkəzindədir.Dədə Ələsgər insan əxlaqını belə qiymətləndirir:
Aşıq olub tərgi –vətən olanın,
Əzəl başdan pürr camalı gərəkdir.
Oturub,duranda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdir.
Xəstə Qasım: Bir məclisə varsan özünü öymə,
Nakəsə söz deyib,kimsəyə söymə.
Qolun qüvvətlisə zəifi döymə,
Demə,qüvvətliyəm,qolum yaxşıdır.
Yazılı ədəbiyyatımız da etika fikirlərlə zəngindir.Ə.Xəqani,N.Gəncəvi,N.Tusi,İ.Nəsimi,Ş.İ.Xətai,M.Füzuli,M.P.Vaqif,
Q.b.Zakir,M.F.Axundzadə,A.a.Bakıxanov,C.Məmmədquluzadə,C.Cabbarlı,S.Vurğun və başqalarının əsərlərində mükəmməl etik fikirlərlə rastlaşırıq.Bunlardan bəzi nümunələrə baxaq: İnsan yem dalınca qaçmasın gərək,
Quşdan zirək olsun,zirəkdən zirək.
Çalış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zər,xara.(N.Gəncəvi)
Yuxarıdakı misraların müəllifi dahi Nizaminin əsərlərinin ana xəttini məzlum insan üçün səadət ədalət axtarışları ,zülmə ,istismara ,qeyri –bərabərliyə etiraz və nifrət təşkil edir.
N.Tusinin etik fikir tarixində özünəməxsus yeri var.Tusi ədəbi əsərlərindən başqa bilavasitə etikaya aid mükəmməl əsər yazmışdır.”Əxlaqi-nasiri “əsərində böyük filisof yazır:”Çox danışmamalı,başqasının sözünü kəsməməli” zaxud “Böyüklərlə danışarkən kinayə işlətməməli,nə bərkdən,nə də yavaşdan,mülayim səslə sözünü deməlidir” və s.
Torpağa düşməsin havayı bir dən,
Çörək bol olarsa basılmaz vətən.(S.Vurğun)
Yuxarıda yazdığım bu fikirlər Azərbaycan ədiblərinin əsərlərindən götürülmüşdür.Azərbaycanda etik fikrə verilən qiymət ədəbi nümunələrdə təzahür edir.
XIX-XX əsrlərin Azərbaycan ədəbiyyatı etik fikir tarixində mühüm bir mərhələ təşkil edirək yalnız gənc nəslin,deyil,cəmiyyətin bütün təbəqələri və siniflərinin əxlaq tərbiyəsində və həyat təcrübəsinin zənginləşməsində əvəzedilməz mənbə rolunu oynamışdır.
Dostları ilə paylaş: |