Etika və psixologiya



Yüklə 61,55 Kb.
səhifə22/22
tarix01.01.2022
ölçüsü61,55 Kb.
#103275
1   ...   14   15   16   17   18   19   20   21   22
Qabiliyyətlər.Qabiliyyətləri psixoloji baxımdan xarakterizə etmək üçün üç cəhəti nəzərə almaq lazımdır.Bunlar aşağıdakılardır:

1.Qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətidir.

Yəni insanlar öz qabiliyyətlərinə görə bir-birindən fərqlənirlər.Lakin şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri çoxdur.Temperament də ,xarakter də ,şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətidir.Bəs,onda qabiliyyətlər şəxsiyyətin digər fərdi-psixoloji xüsusiyyətlərdən nə ilə fərqlənir?

2.Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərindən hər birinin fəaliyyət prosesində öz yeri, öz vəzifəsi vardır.Deməli,fəaliyyətin müvəffəqiyyətli icrası ancaq qabiliyyətlərlə şərtlənir.

3.Psixologiyada qabiliyyəti xarakterizə adərkən fəaliyyətin sadəcə olaraq icrasından yox,müvəffəqiyyətli icrasından danışmaq lazımdır.

Beləliklə,nəzərdən keçirdiyimiz xüsusiyyətlərə əsasən qabiliyyətlərə aşağıdakı kimi tərif verə bilərik: Q a b i l i y y ə t l ə r şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub müəyyən fəaliyyətin müvəffəqiyyətli icrasının şərtini təşkil edir və onun üçün zəruri olan bilik,bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqlərdə ifadə olunur.

Əgər ayrı-ayrı fəaliyyət sahələri üçün zəruri olan qabiliyyətləri müqayisə etsək ,aydın olar ki, hər bir fəaliyyət daxilində mahiyyət etibarilə iki növ qabiliyyət təşəkkül tapır.Bunlardan birincilər psixologiyada ü m u m i qabiliyyətlər, ikincilər isə x ü s u s i qabiliyyətlər adlanır.

Ümumi qabiliyyətlər psixi proseslər əsasında formalaşır.Qavrayış, hafizə, təfəkkür və təxəyyül və s. fəaliyyət prosesində funksional cəhətdən inkişaf edərək müvafiq qabiliyyətlərə çevrilir.

Xüsusi qabiliyyətlər isə yalnız müəyyən fəaliyyət növünün müvəffəqiyyətli icrsı üçün şərt olan qabiliyyətlərə deyilir.

Müasir psixologiyada qabiliyyətlərdən danışarkən istedad probleminə də xüsusi diqqət yetirmək lazımdır.İstedad dedikdə qabiliyyətlərin bir və bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan özünəməxsus birliyi nəzərdə tutulur.Əgər müşahidəçilik ,poetik görmə,surət,his və hərəkət ,hafizə ,yaradıcı təxəyyül,obrazlı təfəkkür,lüğət ehtiyatının zənginliyi və ifadəli dil ,söz assosiasiyalarının zənginliyi kimi müxtəlif qabiliyyətlər ədəbi fəaliyyət daxilində üzvi surətdə birləşib onu müvəffəqiyyətlə icra etməyə imkanverirsə, bu ədəbi istedaddır.Eyni sözlər istedadın başqa növlərinə də aiddir.

İstifadə olunmuş ədəbiyyat



  1. Şahhüseynova S.A. Etika. Bakı-2009.

  2. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı

  3. Abdullayev N. Nitq mədəniyyətinin əsasları

  4. Nizami Gəncəvi.Xəmsə

  5. Bayramov Ə.S. Psixologiya

  6. Həsənli S. Psixologiya

  7. İbrahimov C. Psixoligiyadan mühazirə konspektləri. Bakı-2002.


Yüklə 61,55 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin