Əxlaqın mahiyyəti və əsas funksiyası.Əxlaqi şüur
Əxlaq bugünkü vəziyyətinə birdən-birə gəlib çıxmamışdır.
İctimai şüurun qədim formalarından olan əxlaq insanlar arasındakı münasibətləri əks etdirir.Əxlaq insanların bir-birinə,dövlətə və cəmiyyətə olan münasibətlərini nizama salır,ictimai həyatın bütün sahələrində insanların hərəkətlərini tənzimləyir.Bununla əlaqədar “peşə etikası”,”ailə-məişət etikası”və s.terminlər yaranıb.Bütün bu sahələrdə əxlaqla yanaşı insanların hərəkətlərinin digər tənzimləyiciləri də var.
Hər bir dövrün və cəmiyyətin özünəməxsus əxlaq qaydaları,prinsip və normaları olduğu üçün hər bir insan da əsasən yaşadığı dövrün və cəmiyyətin əxlaq qaydalarına tabe olur.Tarixi hadisə olan əxlaq bəşəriyyətin ictimai tərəqqisi gedişində dəyişir və inkişaf edir.Cəmiyyət siniflərə bölünən zaman əxlaq qaydaları da sinfi xarakter daşımağa başladı.
Əxlaq—gerçəkliyi dərketmə vasitəsi olub,insanın praktik mənəvi dünyagörüşüdür.Əxlaqi münasibətləri ictimai münasibətlər sistemində mühüm yer tutur ki,bunlar da əxlaq haqqında elm olan etika tərəfindən öyrənilir.Əxlaqın məKanı –insanlar arasındakı münasibətlərdir.Əxlaq normaları hər yerdə,müxtəlif şəraitdə təzahür edərək universal,bəşəri xarakter daşıyır.
İnsan əxlaqı şüurla birgə doğulmur.O əxlaq normaları və davranış qaydalarını tədricən mənimsəyir.
Hər hansı addımın,hərəkətin hansı cəmiyyətdə baş verməsindən asılı olmayaraq o həmişə “xeyir və şər”,”ədalət və ədalətsizlik”mövqeyindən qiymətləndirilir.
Əxlaqın mahiyyətini daha yaxşı başa düşmək üçün onun əsas funksiyalarını nəzərdən keçirmək lazımdır.Əxlaqın funksiyaları içərisində ən əsasları bunlardır: 1)Qiymətləndirici 2)İdraki 3)Dünyagörüş 4)Tərbiyəvi 5)Tənzimləyici.
Qiymətləndirici funksiya əsas funksiya olu,yalnız əxlaqa deyil,digər ictimai şüur formalarına da aiddir.Bu funksiyanın xüsusiyyəti ondan ibarətdir ki,burada qiymətləndirmə əxlaqi şüurun əsas anlayışları prizmasından –yaxşı və pisi seçir.Əxlaqi qiymətləndirmə universal xarakter daşıyır.
İdraki funksiya qiymətləndirici funksiya qədər intensiv deyil,lakin onunla geniş mənada uzlaşır.Əxlaqın idraki funksiyası ictimai şüurun digər formalarında olduğu kimi sosial gerçəkliyi əks etdirir.
Dünyagörüş funksiyası müxtəlif sistemli əxlaq normalarının cəmiyyət və şəxsiyyətin fəaliyyətinə yol göstərən dəyərlər məcmusundan ibarət olması ilə əlaqədardır.Dünyagörüş yalnız biliklər əsasında formalaşmır,bura həmçinin insan hislərinin rəngarəng qamması da aiddir.
Tərbiyəvi funksiya -əxlaqın əsas funksiyalarındandır.Tərbiyənin mərkəzində şəxsiyyətin mənəvi özəyini formalaşdıran əxlaq tərbiyəsi dayanır.
Tənzimləyici –digər funksiyaların özünəməxsus sintezidir.Lakin əxlaq insanların hərəkətlərinin yeganə tənzimləyicisi deyil:din,incəsənət,hüquq,siyasət də bu qəbildəndir.Əxlaqi dəyərlər insanın mənəvi aləminin mərkəzində dayanır.
Əxlaqi şüur.Əxlaq ictimai şüurun qədim formalarından olub,insanlar arasındakı münasibətləri tənzimləyir.
Cəmiyyətin inkişafı əxlaqla bərabər mənəviyyatın digər sahələri,o cümlədən ictimai şüurun digər formaları üçün geniş inkişaf açdı.İctimai şüurun 7 forması var:1.siyasət 2.hüquq 3.elm 4.fəlsəfə 5.din 6.incəsənət 7.əxlaq Əxlaqın digər ictimai şüur formaları ilə münasibətində müəyyən maraqlı cəhətlər var.
Siyasət və əxlaq,hüquq və əxlaq,elm və əxlaq,incəsənət və əxlaq,din və əxlaq.
Dostları ilə paylaş: |