Etika və psixologiya



Yüklə 61,55 Kb.
səhifə9/22
tarix01.01.2022
ölçüsü61,55 Kb.
#103275
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
Fəaliyyət. Ünsiyyət.

Fəaliyyət. İnsan fəaliyyəti mürəkkəb quruluşa malik olduğu kimi bir sıra əlamətlərə görə növlərə ayrılır.Fərdin ontogenetik inkişafında üç başlıca fəaliyyət ayırd edilir: oyun,təlim, əmək fəaliyyəti.

Hər üç fəaliyyət növü fərdin inkişafında mühüm rol oynayır,lakin onlardan əmək fəaliyyəti əsas fəaliyyət növü hesab edilir.Buda təsadüfi deyildir.Çünki filogenetik inkişafda əmək fəaliyyəti insanın yaranmasında həlledici rol oynamışdır.

Fəliyyət həm də ictimai,kollektiv səciyyə daşıyır.Bir qayda olaraq fəaliyyət kollektivdə və kollektiv üçün həyata keçirilir.Ən başlıca cəhətlərdən biri odur ki,fəaliyyət ,xüsusən də onun əsas növü olan əmək fəaliyyəti əmək alətləri hazırlamaq, ondan istifadə etmək, onları mühafizə etmək və təkmilləşdirməklə əlaqədardır.Fəaliyyətin əşyavi məzmunu da buradan nəşət edir.

Əşyavi fəaliyyətin əsas məzmunu ümumi bir məqsədə tabe olur.Məsələn,maşın hissələrini yığmaq ,cilalamaq,onları nişanlamaq,ölçmək,dəqiqlə.şdirmək və s.kimi işlər müəyyən məhsulu tələb olunan keyfiyyətdə istehsal etmək kimi ümumi məqsədə tabe olur.İş nisbətən sadə cari məsələləri həll etməyə yönəlmiş olur,lakin iş prosesi əşyalarla icra edilən əməliyyatlarsız mümkün deyildir.

Əşyavi fəaliyyətin məzmununa həmin işin məqsədi, iş görülən obyektin xassəsi və iş şəraiti daxildir.Bunların xarakterindən asılı olaraq nəinki işin məzmun və forması ,icra üsulu ,həm də insanın idrak fəaliyyəti yeni keyfiyyət kəsb edir.Əgər biz ontogenezdə idrak proseslərinin inkişafına nəzər salsaq,əsas fəaliyyət növünün məzmun və formasından asılı olaraq onların mütəşəkkil ,intensiv cərəyan etdiyi kimi ,bəzən də kortəbii formada inkişaf etdiyini görərik. Bu cəti aydın təsəvvür etmək üçün təlim fəaliyyətində şagirdlərin idrak proseslərinin inkişafına diqqət yetirmək kifayət edərdi.

İdrak proseslərinin inkişafı ,deməli,fəaliyyət növündən asılı olduğu kimi ,həmin fəaliyyətin necə təşkil edilməsindən ,istiqamətləndirilməsindən də asılıdır. Bu cəhətlər səmərəli təşkil edilirsə, hətta təfəkkürün tipi də dəyişilir.Şagirdlər cisım və hadisələrin mahiyyətini ,onların arasındakı qanunauyğun əlaqələri daha ətraflı görməyə və təhlil etməyi öyrənirlər.




Yüklə 61,55 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin