Maddə 15. Təbii resurslardan istifadə müqavilələri
1. Qanunvericiliklə nəzərdə tutulduğu hallarda və müəyyən edilmiş qaydada təbiətdən istifadəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında təbii resurslardan istifadəyə görə müqavilə (kontrakt) bağlanır.
2. Təbii resurslardan istifadə üçün xüsusi icazə tələb olunduğu halda təbiətdən istifadəçinin belə icazəsi olmadıqda təbii resurslardan istifadə müqaviləsi (kontraktı) etibarsızdır.
3. Xüsusi icazə ilə ziddəyyət təşkil edən müqavilənin (kontraktın) şərtləri etibarsızdır. Xüsusi icazə geri alınarsa müqavilə (kontrakt) etibarsız hesab olunur.
4. Təbii resurslardan istifadə müqaviləsi (kontraktı) ətraf mühitin mühafizəsi sahəsindəmüvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra qüvvəyə minir.
IV fəsil. Ətraf mühitin, təbii ehtiyatların dövlət kadastrı və monitorinqi, standartlaşdırma və sertifikatlaşdırma
Dostları ilə paylaş: |