Maddə 28. Ətraf mühitin mühafizəsində dövlət fondlarından istifadə
1. Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun vəsaitləri aşağıdakı tədbirlər üçün istifadə edilir:
1.1. elmi-tədqiqat işlərinə, resursqənaətedici və ekoloji təmiz texnologiyaların tətbiqinə;
1.2. təbiətdən istifadəçilər tərəfindən həyata keçirilən təbiətin mühafizəsi obyektlərinin tikintisinin, yenidən qurulmasının maliyyələşdiril-məsinə;
1.3. ətraf mühitin çirklənməsi nəticəsində dəymiş ziyanın bərpası sahəsində həyata keçirilən tədbirlərə;
1.4. çirklənmə və başqa mənfi təsirlər nəticəsində vətəndaşların sağlamlığına və ətraf mühitə vurulmuş zərərin bərpasına görə onlara müəyyən edilmiş kompensasiyanın verilməsinə;
1.5. ətraf mühitin pozulmuş ekoloji tarazlığının bərpasına, proqram, layihələrin, normativ-metodiki sənədlərin işlənməsinə və həyata keçirilməsinə;
1.6. ekoloji maarifləndirmə və təhsilə;
1.7. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə;
1.8. nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsinə və bərpasına;
1.9. ətraf mühitin mühafizəsi sahəsində dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına;
1.10.ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə, dövlət kadastrının aparılmasına;
1.11.ətraf mühitin mühafizəsi sahəsində çalışan mütəxəssislərin həvəsləndirilməsi məqsədilə onların maddi stimullaşdırılmasına.
2. Ətraf mühitin mühafizəsi fondlarının vəsaitlərinin ətraf mühitin mühafizəsi ilə aidiyyatı olmayan məqsədlərə xərclənməsi qadağandır.
Dostları ilə paylaş: |