Maddə 29. Ətraf mühitin mühafizəsinin ictimai fondları
Ətraf mühitin mühafizəsinin ictimai fondları ictimai birliklərin vəsaiti, qrantlar, fiziki və hüquqi şəxslərin könüllü ianələri, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmalar hesabına təşkil edilir. Bu fondlar ictimai birliklər tərəfindən yaradılır, ətraf mühitin mühafizəsinə, təbiətdən səmərəli və kompleks istifadə ilə əlaqədar işlərə və tədbirlərə sərf olunur.
İctimai fondların yaradılması, onların vəsaitlərinin formalaşması və xərclənməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq ictimai birliklərin təsdiq etdikləri əsasnamələrdə (nizamnamələrdə) müəyyən edilir.
Dostları ilə paylaş: |