VI fəsil. Ətraf mühitin ekoloji tarazlığının nizamlanması
Maddə 30. Ətraf mühitin ekoloji tarazlığının pozulma dərəcəsinin nizamlanması
1. Ətraf mühitin ekoloji cəhətdən tarazlığının nizamlanmasının məqsədi ekoloji təhlükəsizliyin və əhalinin sağlamlığının qorunmasına zəmanət verən, təbii ehtiyatların səmərəli istifadəsini və bərpasını, ətraf mühitin çirklənməsinin qarşısının alınmasını təmin edən elmi əsaslandırılmış ətraf mühitə yol verilə bilən təsir normalarının müəyyən edilməsidir.
2. Ətraf mühitin ekoloji tarazlığının pozulma dərəcəsinin nizamlanmasına:
2.1. ətraf mühitin keyfiyyət göstəricilərinin insanın sağlamlığına, təbii resursların səmərəli istifadəsinə, mühafizəsinə və bərpasına zərərli təsirin müəyyən edilməsi;
2.2. ətraf mühitə zərərli təsirin son həddi yol verilə bilən səviyyəsinin müəyyən edilməsi aiddir.
3. Ətraf mühitin müəyyən edilmiş keyfiyyət normativlərinin azaldılmış normalarla əvəz edilməsinə xüsusi icazə verilir.
4. Konkret ekoloji şəraitdən asılı olaraq normativ göstəricilərin mənfi istiqamətə doğru dəyişdirilməsinə xüsusi icazə verilə bilər.
5. Ətraf mühitin təsdiq edilmiş keyfiyyət normativləri bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Bu normativlər mətbuatda dərc olunmalı və yayılmalıdır.
Dostları ilə paylaş: |