Maddə 39. İflas dövründə ekoloji tələblər və öhdəliklər
1. Təbiətdən istifadəçi olan hüquqi şəxsin (müəssisənin) iflası haqqında iş qaldırıldıqda onun ekoloji vəziyyəti yoxlanılır.
Ekoloji vəziyyətin yoxlanılması əmlak inzibatçısı tərəfindən təmin edilir.
2. Müəssisənin iflası haqqında işin icraatı zamanı ekoloji öhdəliklər üzrə kreditorların maraqları nəzərə alınmalıdır.
Maddə 40. Təbiətdən istifadəçi ləğv olunduqda və yenidən təşkil edildikdə ekoloji tələblərin və öhdəliklərin nəzərə alınması
1. Təbiətdən istifadəçinin ləğvi və yenidən təşkil edilməsi onun vəziyyətinin yoxlanılması haqqında məlumatın və (və ya) ekoloji ekspertizanın əsasında ekoloji tələblər nəzərə alınmaqla həyata keçirilir və ləğvetmə aktında (balansında) həmin yoxlamanın (ekspertizanın) nəticələri göstərilir.
2. Ləğv edilən və ya yenidən təşkil edilən təbiətdən istifadəçinin ekoloji vəziyyətinin yoxlanılması dövlət ekoloji ekspertizası orqanının iştirakı ilə həyata keçirilir.
3. Təbiətdən istifadə yenidən təşkil edildiyi halda ekoloji öhdəliklər onun hüquqi varisinə keçir.
4. Təbiətdən istifadəçi ləğv edilərkən ekoloji öhdəliklər üzrə kreditorların maraqları nəzərə alınmalıdır.
Dostları ilə paylaş: |