Maddə 45. Potensial təhlükəli kimyəvi və bioloji maddələrin istehsalına və istifadəsinə verilən ekoloji tələblər
Potensial təhlükəli kimyəvi və bioloji maddələrin istehsalına və tətbiqinə zəruri toksikoloji-gigiyena, toksikoloji-ekoloji tədqiqatlar aparıldıqdan, gigiyena və ekoloji normativlər müəyyən edildikdən və bu maddələrin qanunvericiliyin müəyyən etdiyi qaydada dövlət qeydiyyatından keçdikdən sonra xüsusi icazə verilir.
Yerli şəraitə məxsus olmayan və həmçinin süni yolla alınan bioloji obyektlərin ətraf mühitdə yerləşdirilməsi və çoxaldılmasına müvafiq ekoloji əsaslandırmalar olmadıqdamüvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi ilə yol verilir.
Dostları ilə paylaş: |