Maddə 10. Təbiətdən istifadənin normalaşdırılmasına görə limitlər və kvotalar
Təbiətdən istifadənin normalaşdırılmasına görə limitlər və kvotalar müəyyən müddət üçün təbii resursların istifadəsinin, ətraf mühitə atılan zərərli maddələrin, məişət və istehsalat tullantılarının yerləşdirilməsinin son hədlərini müəyyən edir.
Limitlər və kvotalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 11. Təbiətdən istifadəyə xüsusi icazə
Təbiətdən istifadəyə xüsusi icazə təbiətdən istifadə sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edir.
Təbiətdən istifadəyə xüsusi icazə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
Dostları ilə paylaş: |