Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 18. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqi



Yüklə 74,24 Kb.
səhifə14/33
tarix01.01.2022
ölçüsü74,24 Kb.
#105305
1   ...   10   11   12   13   14   15   16   17   ...   33
Maddə 18. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqi

1. Hüquqi şəxslər (təbiətdən istifadəçilər) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar.

2. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır.

3. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir.



Maddə 19. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma və sertifikatlaşdırma obyektləri

Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma və sertifikatlaşdırma obyektlərinə ekoloji təhlükəsizlik, əhalinin həyat və sağlamlığına, təbii resursların bərpasına və səmərəli istifadəsinə təhlükə yarada biləcək Azərbaycan Respublikasında istehsal olunan və ya onun ərazisinə gətirilən məhsullar (işlər, xidmətlər) və texnologiyalar aid edilir.




Yüklə 74,24 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin