Maddə 20. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma
1. Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının standartları və texniki tələbləri qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçir, təsdiq və tətbiq edilir.
2. Ətraf mühitin mühafizəsi sahəsində mövcud standartların və texniki tələblərin pozulması ilə məhsulların (məmulatların) işlənilməsi, hazırlanması, təchiz edilməsi (satışı), saxlanılması, nəql edilməsi, istifadəsi (istismarı) və təmiri, işlərin və xidmətlərin yerinə yetirilməsi qadağan edilir.
Dostları ilə paylaş: |