Maddə 27. Ətraf mühitin mühafizəsi üzrə fondlar
1. Ətraf mühitin mühafizəsi üzrə fondlar ətraf mühitin mühafizəsində təxirəsalınmaz tədbirlərin, ona vurulan zərərin aradan qaldırılmasının və kompensasiya verilməsinin, ətraf mühitin mühafizəsi sahəsində başqa tədbirlərin maliyyələşdirilməsi üçün yaradılır.
2. Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət və ictimai fondları yaradıla bilər.
3. Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu təbiətdən istifadəyə görə ödəmələr, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələr, qanunvericilikdə müəyyən edilmiş qaydada müsadirə edilən ovçuluq və balıqçılıq alətlərinin və qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlər, qrantlar, könüllü ianələr, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmalar hesabına təşkil edilir.
Dostları ilə paylaş: |