Maddə 34. Sanitariya-mühafizə və digər mühafizə zonaları
Ətraf mühitə və xüsusi mühafizə olunan təbii obyektlərə və ərazilərə zərərli təsirlərin qarşısının alınması məqsədilə sanitariya-mühafizə, digər mühafizə zonaları müəyyən edilir.
Sanitariya-mühafizə və digər mühafizə zonaları və onlardan istifadə qaydaları qanunvericiliyə uyğun müəyyən edilir.
VII fəsil. Təsərrüfat və digər fəaliyyət sahələrinə ekoloji tələblər
Maddə 35. Təbii resurslardan istifadə zamanı ekoloji tələblər
Torpaqdan, yerin təkindən, havadan, su hövzələrindən, meşələrdən və başqa bitkilərdən, heyvanlar aləmindən, müstəsna ekoloji, elmi və mədəni dəyərə malik olan ətraf mühit obyektlərindən, xüsusi mühafizə olunan təbiət ərazilərindən və ekoloji fəlakət şəraiti olan ərazilərdən istifadədə ekoloji tələblər normativ hüquqi aktlarla tənzimlənir.
Təbii ekoloji tarazlıqda olan sistemlərin pozulmasına səbəb olan, habelə insanın, bitki və heyvanlar aləminin genetik fondunun məhv edilməsinə, əhalinin həyat və sağlamlığı üçün təhlükəli olan fəaliyyətlərə xüsusi icazə verilmir.
Dostları ilə paylaş: |