ЁUlduzlar sayrışanda Alicənab insan, gözəl müəllim olan sadiq dostuma



Yüklə 161,07 Kb.
səhifə1/7
tarix10.01.2022
ölçüsü161,07 Kb.
#108005
  1   2   3   4   5   6   7

ёUlduzlar sayrışanda

Alicənab insan, gözəl müəllim olan sadiq dostuma –

Teymur Məmmədova ithaf edirəm

AŞIRIMLAR... DOLAYLAR...

Körpə təbəssümü kimi saf bir səhər açılırdı. Üfüq qızıl-qırmızı şəfəqdə alovlanıb yanırdı.

Kələ-kötür, dolama yollar gah yaşıl meşəliklərdən, gah qara-boz sıldırım qayalıqlardan, gah da çiçəkli-kəpənəkli yamaclardan keçərək dağlara sarıla-sarıla göyə qalxırdı. Maşın sıx çətirli ağacların arasına girəndə səma görünmürdü, sərin kölgəliklər soyuq qaranlığa dönürdü.



  • Bağışlayın, müəllim, adınızı da bilmirəm... – deyə maşının sürücüsü İskəndər yəqin ki yolu bayaqdan bəri dinməzcə getdiklərindən darıxdığı üçün söhbətə başlamaq istədi. Yanındakı oğlan cavab verdi:

  • Adım Ərdostdur. Özüm də tələbəlikdən srağagün ayrılmışam. O müəllim sözü mənə heç yaraşmır.

İskəndəər gözünün ucu ilə ona qəribə bir tərzdə baxaraq boynunu qaşıdı.

  • Baş üstdə. Daha müəllim demərəm.

Ərdost şumal bir oğlandı. Əyninə biçimli qəşəng sumağı kostyum geymişdi. Ağ köynəyinin yaxasına həmin rəngə çaları olan qalstuk taxmışdı. Gödər, şəvə saçlarını soldan sağa darayıb tağ ayırmışdı. Nazik qara bığları və qulaqlarının aşağısına kimi uzanmış ensiz bakenbardları təzəcə qırxılmış girdə, ağ sifətinə yaraşıq verirdi. Lakin nə üçünsə qaşları hər zaman çatılmış görünürdü, qonur gözlərinin qarasında bir hüzn, kədər əlaməti vardı.

  • Məndən nəsə soruşmaq istəyirdin...

  • Hə!.. – İskəndər xatırladı. – Siz bizim rayon qəzetində həmişəlik işləməyə gəlmisiniz, yoxsa...

  • Bilmirəm, necə deyim, - Ərdost tərəddüd etdi. – Hər halda azı bir il burdayam.

  • Bağışlayın, evli deyilsiz?

  • Xeyr. Düz iyirmi üç illik subaulıq stajım var. Necə ki?

  • Təklik sizə əl verməz. Rayonumuzda gözəl-göyçək, ağıllı qızlar çoxdur. Birini beyənib evlənərsiniz...

İskəndər qılıqlı oğlamdı. Ərdostla danışmağa tez dil tapmışdı.

  • Elə bilirəm, camaatımız da xoşuna gələcək. Bir jurnalist kimi burda çox şey görüb görəcəksiz.

  • Təki sən deyən olsun.

Maşının qabaq şüşəsinə üzü bayıra tərəf, döşü-başı açıq göz qırpan bir yapon qızının fotoşəkli taxılmışdı. Bu, hələ bayaqdan Ərdostun fikrindən yayınmırdı. “Nə əcəb redaktor buna əhəmiyyət verməyib. Yozsa o, bu maşından istifadə etmir...” – deyə özlüyündə düşünürdü.

  • İskəndər, o qız şəklini şüşəyə niyə yapışdırmısan?

  • Hə... Bunu?

  • Bəli.

  • Necə deyim, heç özüm də bilmirəm. Pis şəkildir bəyəm?..

  • Hər halda yaxşı deyil. Redaksiyanın maşını da, onun sürücüsü də başqalarından fərqlənməlidir.

İskəndər tutuldu. Ancaq dinmədi. Əlini uzadıb fotoşəkli ehmalca şüşənin qabağından çıxardı və gərəksiz bir şey kimi dal oturacağa atdı.

Gördüyü ən kiçik nöqsanı, qüsuru üzə deməkdən çəkinmək Ərdostun təbiətinə zidd idi. Qəzet redaksiyasının məsul işçilərini, əməkdaşlarını gəzdirən maşında belə açıq-saçıq bir şəklin nümayiş etdirilməsinə redaktor niyə göz yummuşdu, bilmirdi. Bu, kiçik də olsa, əhəmiyyətsiz məsələ deyildi.

Kəndə hələ xeyli qalırdı. Nədənsə Ərdosta elə gəlirdi ki, bu kələ-kötür dolaylar dağların zirvəsinə çatanda qarşıda nağıldakına bənzər əfsanəvi, ikinci bir dünya açılacaq. Oranın adamları nəcib, bulaqları şirin, quşları əlvan, meyvələri dadlı olacaq. Gündüzlər günəş, gecələr ay, ulduzlar yerə enəcək. Nə üçünsə Ərdostda dağ başında salınmış qədim Sərinbulaq haqqında belə, qeyri-adi bir təsəvvür yaranmışdı.


  • Sizdən bir xahiş eləmək istəyirəm, - deuə İskəndər onu fikirdən ayırdı.

  • Buyur, əzizim

  • Bilirsiz. Ərdost xalaoğlu... Bizim redaksiyada uşaqlar xasiyyətimə bələddir. Mən bir az ərköyün şoferəm. Yola çıxdımmı, yanımda kim olur-olsun, kefim gəldi, gərək bala-bala oxuyam.

Ərdost şənləndi:

  • Bəs bunu bayaqdan niyə demirsən? Məndən də çəkinmə, başla görək

Maşın sürətini azaltdı. İskəndər bir-iki dəfə öskürərək boğazını arıtladı. Sonra kepkaslnl arxadan qaldırıb gözünün üstünə endirdi.

  • Bağışlayın ey... Ərdost xalaoğlu.

  • Bııy... Eyib şeydir ki.

Araya sakitlik çökdü. Ətrafdan xırda quşların cikkiltisi eşidildi, şəbnəmlin otların, yarpaqların ətri duyuldu.

Haçandan-haçana İskəndər məlahətli, ürəyəyatan bir avazla bəmdən oxumağa başladı:




Yüklə 161,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin