Qrafik 1: Ev təsərrüfatlarının məcmu gəlirlərinin quruluşu
Qiymətli kağızlar, bank əmanətləri maliyyə aktivlərini formalaşdırdığı halda, torpaq və digər mülkiyyət aktivlərinin icarəyə verilməsindən əldə olunan gəlirlər isə qeyri-istehsal aktivlərinə aid edilir. Cari transfertlərə sosial təminatla bağlı ödənişlər, əmək pensiyaları, təqaüdlər, işsizlik müavinətləri, sığorta ödənişləri, maddi yardımlar daxildir və s. daxildir [2; maddə 4]. Cari transferlər gəlirlərin dövlət tərəfindən yenidən bölünməsi, yəni fərdi bölgü hesabına formalaşır. Bu gəlirlərdən isə istehsal amillərinə malik olmayan şəxslər bəhrələnə bilirlər [3; səh 508], [5; 129 səh.].
Ev təsərrüfatlarının gəlir və xərclərini, eləcə də onların formalaşdıran mənbələri tədqiq edərkən bu mənbələrin müxtəlif amillərin təsiri altında olduğunu müəyyənləşdirdik. Ancaq bu müxtəlifliyə baxmayaraq insan və onun şəxsi keyfiyyətləri gəlirdə əsas yeri tutur. İnsanların qabiliyyəti, bilik və bacarıqlarının gəlirə təsiri təkcə nəzəriyyədə deyil, eyni zamanda prakktikada da özünü doğrultmaqdadır.
Dostları ilə paylaş: |