Tədqiqatın metodologiyası.
Elmi tədqiqatımız sistemli yanaşma, müqayisəli təhlil metoduna əsaslanır. Birinci mərhələdə tədqiqat obyektləri barədə məlumatların ətraflı şəkildə toplanması və bunun nəticəsində konkret tədqiqat obyektlərinin seçilməsi təmin edilmişdir. Növbəti addımda toplanmış faktlarla ev təsərrüfatlarında mövcud durumu təhlil və müqayisə etmək üçün sorğu blankları tərtib edilmişdir. Tərtib edilmiş sorğu blankları əsasında ev təsərrüfatlarında sorğuların keçirilməsi reallaşdırılmışdır. Üçüncü mərhələdə sorğu nəticəsində toplanmış maliyyə göstəriciləri müxtəlif kompüter proqramlarının da köməyi ilə təhlil edilmişdir. Sonuncu mərhələdə tədqiqat obyektləri üzrə əldə edilmiş nəticələr müqayisə edilərək yekun fikirlər formalaşdırılmışdır, müvafiq təkliflər irəli sürülmüşdür [7].
Şəkil 1 –də təsvir edildiyi kimi tədqiqat Azərbaycan Respublikasının Gəncə-Qazax regionunda və Gürcüstanın Kaxetiya regionunda aparılmışdır. Hər iki respublikada üç rayon, hər rayonda bir kənd olmaqla ümumilikdə altı kənddə elmi tədqiqat işi aparılmışdır.
Dostları ilə paylaş: |