Əyani şöbə: yaz sesiyası 2014 2015


##num= 10// level= 1// sumtest=34 // name= K. D. Uşinskinin pedaqoji sistemi //



Yüklə 0,77 Mb.
səhifə10/14
tarix17.11.2018
ölçüsü0,77 Mb.
#82975
1   ...   6   7   8   9   10   11   12   13   14

##num= 10// level= 1// sumtest=34 // name= K. D. Uşinskinin pedaqoji sistemi //


1. Aşağıda verilən fikirlərdən hansı K. D. Uşinskiyə aid deyil?

A) ““Hər hansısa bir fənn müəllimin başında tam aydın deyilsə onda o, şagirdin başında tam bir zülmət olacaq””

B) Tərbiyədə hər şey tərbiyəçinin şəxsiyyətinə əsaslanmalıdır

C) “Təkrara qayğısız yanaşan məktəb pis binaya bənzəyir. Bu bina arakəsilmədən təmir olunur, düzəlir amma yenə də lazımı qaydaya düşmür”

D) “Günəş kainat üçün nədirsə, müəllim də məktəb üçün odur”

E) “Siz uşağa sadə bir fikri izah edirsiniz, o sizi anlamır: həmin uşağa mürəkkəb şəkli

izah edin, o sizi çox tez anlayır”



2. K. D. Uşinski hansı səbəbdən Yaroslavl hüquq litseyindən çıxarılmışdır?

A) Azadlığa meyl göstərən mühazirələr oxuduğuna görə

B) Heç bir məqalə çap etmədiyinə görə

C) Fəal işləmədiyinə görə

D) Smolnı qızlar instituna müfəttiş təyin olunduğuna görə

E) “Təhsil prosesini yalnız ixtisaslı pedaqoqlar həyata keçirə bilər” sözlərinə görə

3. K. D. Uşinski “İnsan tərbiyənin predmetidir” adlı məşhur psixoloji - pedoqoji əsərini nə vaxt nəşrə hazırlayır?

A) 5 - il xaricdə qaldığı müddətdə (1862 - 1868)

B) Yaroslav hüquq litseyində professor işlədiyi dövrlərdə

C) “Xalq Maarif nazirliyinin” jurnalında redaktor işlədiyi dövrlərdə

D) Qatçika yetimlər institunda inspektor işlədiyi dövrlərdə

E) Qatçika yetimlər institunda müəllim işlədiyi dövrlərdə

4. K. D. Uşinski fikirlərindən birində deyirdi: - “İnsanı hərtərəfli tərbiyə etmək üçün onu . . . . . !

A) Hər cəhətdən öyrənmək lazımdır

B) Tərifləmək lazımdır

C) Cəzalandırmaq lazımdır

D) Vətənə olan münasibətini bilmək lazımdır

E) Hərtərəfli inkişaf etdirmək lazımdır

5. Aşağıdakılardan hansı xəlqilikdə rus xalqına xas olan mühüm əlamətlərdən deyil?

A) Yüksək dərəcəli ali təhsil almaq

B) Rus xalqının qüdrətli yaradıcı qüvvəsinə inam

C) Vətənə dərin məhəbbət, vətənpərvərlik

D) Təhsilin ana dilində aparılması

E) Xalq maarifinin bürokratik, çinovnik qəyyumluğundan azad etməni xalqın özünə tapşırmaq

6. Xalq hətta özünə yeni vətən belə yarada bilər, lakin dili heç bir zaman yarada bilməz; xalqın dili öldüsə, xalq da öldü fikrinin müəllifi. . .

A) K. D. Uşinski

B) Y. A. Komenski

C) M. V. Lomonosov

D) Sokrat

E) J. J. Russo

7. ”Müəllim seminariyasının layihəsi” kimə məxsusdur?

A) K. D. Uşinskiyə

B) Y. A. Komenskiyə

C) L. Tolstoya

D) N. İ. Piroqova

E) V. Q. Belinskiyə

8. Biliyi möhkəmləndirməyən, müəllimin işini arabasının yükünü möhkəm bağlamamış, kefli arabaçının işinə bənzədən pedaqoq:

A) M. V. Lomonosov

B) K. D. Uşinski

C) L. Tolstoy

D) Y. A. Komenski

E) A. Disterveq

9. ”Müəllimin başında fənn nə qədər aydın olsa, şagirdlərin də başında bir o qədər aydın əks olunar. . . hərgah müəllimin başındakı məlumat aydın deyildirsə, şagirdlərin başında tam zülmət olacaqdır” fikri kimə məxsusdur?

A) K. D. Uşinski

B) Y. A. Komenski

C) L. Tolstoy

D) İ. H. Pestalotsi

E) R. Əfəndiyev

10. K. D. Uşinskinin tərbiyə sisteminin əsas ideyası nədir?

A) Xəlqilik

B) Təbiətəmüvafiqlik

C) Məqsədyönlülük

D) Azad tərbiyə

E) Təbii tərbiyə

11. K. D. Uşinskinin”. . . hər bir şəxsiyyət, nə qədər təhsilli olsa, nə qədər inkişaf etmiş olsa, nə qədər zəngin istedada malik olsa da, böyük xalq orqanizm qarşısında necə hədsiz dərəcədə aşağıda durur” fikri xəlqiliyin hansı əlamətinə uyğundur?

A) Xalqın yaradıcı qüvvəsinə inam

B) İnsanpərvərlik, ədalətlilik

C) Vətənpərvərlik, beynəlmiləlçilik

D) Müəllimin şəxsi nümunəsi

E) Düzgün pedaqoji rəftar

12. K. D. Uşinskinin “Bir xalqın başqa xalqdan . . . əvəz etməsi mümkün deyildir” fikrini tamamlayın.

A) Tərbiyə sistemini

B) Təhsil sistemini

C) milli dəyərlərini

D) adət - ənənəsini

E) Məktəb təcrübəsini

13. ”Dil nəinki xalqın həyatiliyini özündə ifadə edir, o, eyni zamanda məhz həyatın özüdür. Ana dili məhv olarkən, xalq artıq yox olur” - fikrinin müəllifi

A) K. D. Uşinski

B) R. Əfəndiyev

C) A. Səhhət

D) M. V. Lomonosov

E) Y. A. Komenski

14. Sovet təhsil - tərbiyə sisteminin ideoloqları:

A) N. K. Krupskaya, V. İ. Lenin, A. S. Makarenko

B) V. İ. Lenin, N. K. Krupskaya, Y. Y. Russo

C) N. K. Krupskaya, L. Tolstoy, V. İ. Lenin

D) N. N. Vensel, B. P. Vaxterov, N. K. Krupskaya

E) V. İ. Lenin, A. S. Makarenko, D. Didro

15. Sovet məktəblərində oğlanlarla qızların birgə təhsil alması haqqında qərar:

A) 31 may 1918 - ci il

B) 31 may 1917 - ci il

C) 7 noyabr 1917 - ci il

D) 18 iyun 1919 - cu il

E) 14 oktyabr 1920 - ci il

16. Kilsənin dövlətdən, məktəbin kilsədən ayrılması haqqında dekret:

A) 21 yanvar 1918 - ci il

B) 18 mart 1917 - ci il

C) 31 may 1918 - ci il

D) 25 avqust 1920 - ci il

E) 5 sentyabr 1919 - cu il

17. 1918 - ci ildə məktəb haqqında qəbul edilən iki mühüm sənəd:

A) Vahid əmək məktəbi haqqında əsasnamə; Vahid əmək məktəbinin prinsipləri

B) Vahid əmək tərbiyəsi haqqında dekret, Vahid əmək təlimi məktəbi haqqında əsasnamə

C) Vahid məktəbli forması və vahid müəllim forması haqqında əsasnamə

D) Məktəb nizamnaməsi; məktəb əsasnaməsi

E) Dövlət məktəbi haqqında dekret; Məktəb nizamnaməsi

18. İbtidai və 7 illik məktəblərdə buraxılış imtahanlarının, orta məktəblər üçün attestat, əlaçı şagirdlər üçün qızıl və gümüş medalların verilməsi məsələsinin qəbulu:

A) 1943 - cü il

B) 1917 - ci il

C) 1945 - ci il

D) 1920 - ci il

E) 1946 - cı il

19. Rusiyada 1921 - ci ildə tədris müddəti 4 il olan hansı məktəb yaradıldı?

A) Birdərəcəli məktəb

B) Kəndli - gənclər məktəbi

C) Fabrik - zavod yeddiilliyi

D) Fabrik - zavod şagirdliyi

E) Doqquz illik məktəb

20. 1934 - cü ildə qəbul edilən “İbtidai və orta məktəblərin quruluşu haqqında” qərarda məktəb sistemi aşağıdakı kimi formalaşdırıldı. .

A) İbtidai məktəb, natamam orta məktəb, tam orta məktəb

B) İbtidai məktəb, yeddi illik məktəb, fabrik - zavod şagirdliyi

C) Fabrik - zavod şagirdliyi, yeddi illik məktəb, ibtidai məktəb

D) İbtidai məktəb, orta məktəb, ali məktəb

E) Yeddi illik məktəb, doqquz illik məktəb, kəndli - gənclər məktəbi

21. Bu qanun əsasında ümumtəhsil orta məktəbləri 11 illik istehsalat təlimi verən ümumtəhsil məktəblərinə çevrildi. . .

A) “İcbari ibtidai təhsil haqqında” qanun

B) “İbtidai və orta məktəblərin quruluşu haqqında” qanun

C) “Məktəbin həyatla əlaqəsini möhkəmləndirmək və SSRİ - də xalq maarif sistemini daha da inkişaf etdirmək haqqında” qanun

D) “İbtidai və orta məktəblərin dərs proqramları və rejimlər haqqında” qanun

E) “Köhnə orta və ibtidai məktəb tiplərini politexnik məktəblə əvəz etmək haqında” qanun

22. K. D. Uşinskinin “Vətən dili” və “Uşaq aləmi” kitabları əsasında azərbaycan dilində dərslik tərtib edən pedaqoqlar

1 - F. B. Köçərli

2 - A. O. Çernyayevski

3 - H. B. Zərdabi

4 - M. Ə. Elxanov

5 - M. F. Axundov

6 - R. B. Əfəndiyev

A) 4, 2, 6

B) 1. 3, 5

C) 2, 3, 4

D) 3, 5, 6

E) 1, 2, 3

23. Uşinskinin aşağıda adı verilən əsərlərindən hansında “xəlqilik” ideyası mərkəz mövqe tutur?

1 - “Əməyin psixi və tərbiyəvi əhəmiyyəti”

2 - “Tərbiyədə əxlaqi ünsürlər haqqında”

3 - “Pedaqoji antropologiya”

4 - “İnsan tərbiyənin predmetidir”

A) 2 və 3

B) 1 və 3

C) 1 və 4

D) 1 və 2

E) 2 və 4

24. K. D. Uşinskinin pedaqoji sisteminə daxil olanları seçin

1 - Maarif Nazirliyinin jurnalında əməkdaşlıq

2 - tərbiyədə xəlqilik

3 - ölkə iqtisadiyyatının inkişaf etdirilməsi

4 - Təlim - tərbiyə işinin demokratikləşdirilməsi

5 - maarif jurnalında əməkdaşlıq

6 - məktəblərin ləğv edilməsi

7 - təlim prosesində ana dilinin rolu

8 - Köhnə dərsliklərin ləğv edilməsi

9 - yeni məktəblərin yaradılması

10 - yeni dərsliklərin yaradılması

A) 2, 4, 5, 7, 10

B) 1, 3, 6, 8, 9

C) 3, 4, 5, 6, 7

D) 3, 6, 7, 8, 10

E) 1, 3, 4, 6, 8

25. K. D. Uşinskinin tərbiyədə xəlqilik ideyasının mahiyyətinə uyğun olan bəndlər

1 - Bütün xalqlar üçün ümumi olan tərbiyə sistemi yoxdur

2 - Bütün xalqlar üçün eyni bir tərbiyə sistemi vardır

3 - Hər xalqın özünə məxsus milli tərbiyə sistemi var

4 - Bütün xalqları birləşdirən ümumbəşəri tərbiyə sistemi var

5 - Ictimai rəy tərbiyə işini daha da güclü edir

6 - Ictimai rəy tərbiyə işinə mənfi təsir edir

7 - Elm tərbiyə ilə qarışdırılmamalıdır

8 - Elm tərbiyə ilə qarışdırılmalıdır

A) 1, 3, 5, 7

B) 2, 4, 6, 8

C) 1, 2, 5, 8

D) 1, 4, 6, 7

E) 3, 4, 6, 7

26. K. D. Uşinskinin tərbiyədə xəlqilik ideyasının mahiyyətinə uyğun olan bəndləri seçin

1 - Bütün xalqlar üçün ümumi olan tərbiyə sistemi yoxdur

2 - Ictimai rəy tərbiyə işinə mənfi təsir edir

3 - Bütün xalqlar üçün eyni bir sistem vardır

4 - Elm tərbiyə ilə qarışdırılmamalıdır

5 - Elm tərbiyə ilə qarışdırılmalıdır

6 - Ictimai rəy tərbiyə işini daha da güclü edər

7 - Hər xalqın özünə məxsus milli tərbiyə sistemi var

8 - Bütün xalqları birləşdirən ümumbəşəri tərbiyə sistemi var

A) 1, 4, 6, 7

B) 2, 3, 5, 8

C) 3, 5, 6, 8

D) 2 , 4, 5, 7

E) 3, 5, 7, 8

27. K. D. Uşinskinin əxlaq tərbiyəsi üçün irəli sürdüyü vasitələr

1 - Təlim

2 - Dünyəvi təhsil

3 - Müəllimin şəxsi nümunəsi

4 - Inandırma

5 - Dini təhsil

6 - Düzgün pedaqoji rəftar

7 - Rəğbətləndirmə və cəza

8 - Yaxşı yaşayış minimumu

A) 1, 3, 4, 6, 7

B) 2, 3, 5, 7, 8

C) 1, 2, 3, 5, 7

D) 2, 4, 5, 6, 8

E) 1, 5, 6, 7, 8

28. Böyük rus pedaqoqu K. D. Uşinskinin pedaqoji fəaliyyətinin ardıcıllığı

1 - Qatçina yetimlər universitetində müəllim

2 - Yaraslavl hüquq liseyində professor

3 - Smolnı qızlar institutunda inspektor

4 - Qadın təhsilinin vəziyyəti və ibtidai təhsilin quruluşunu öyrənmək üçün xarici ölkələrdə olmuşdur.

A) 2, 1, 3, 4

B) 1, 2, 3, 4

C) 3, 4, 2, 1

D) 2, 3, 1, 4

E) 4, 3, 2, 1

29. K. D. Uşinskinin xarici dillərin öyrənilməsinin məqsəd ardıcıllığını tapın

1 - Öz həm yerlimizlə danışmaq və yazışmaq üçün

2 - Dili öyrənilən xalqın ədəbiyyatı ilə tanışlıq üçün

3 - Dili öyrənilən xalqla şifahi və yazılı əlaqəyə girmək üçün

4 - Ağlın məntiqi inkişafı, zehni intizama salmaq üçün

A) 2, 4, 3, 1

B) 2, 3, 4. 1

C) 2, 1, 3, 4

D) 1, 4, 3, 2

E) 3, 4, 2, 1

30. K. D. Uşinskinin əsərlərinin yazılma ardıcıllığını tapın

1 - “Vətən dili”

2 - “Uşaq aləmi”

3 - “Insan tərbiyənin predmetidir ”

A) 2, 1, 3

B) 1, 2, 3

C) 1, 3, 2

D) 3, 2, 1

E) 3, 1, 2

31. K. D. Uşinskinin dərslikləri əsasında Azərbaycanda milli dərsliklərin müəllifləri ardıcıllığı

1 - M. Ə. Elxanov

2 - R. B. Əfəndiyev

3 - A. O. Çernyayevski

A) 1, 3, 2

B) 3, 1, 2

C) 1, 2, 3

D) 2, 1, 3

E) 3, 2, 1

32. K. D. Uşinskinin əsərləri və ona uyğun bəndlər

1 - “Insan tərbiyənin predmetidir”

2 - “Əməyin psixi və tərbiyəvi əhəmiyyəti”

3 - Müəllimlər seminariyasının layihəsi

a - Tərbiyədə hər şey tərbiyəçinin şəxsiyyətinə əsaslanmalıdır, çünki tərbiyə qüvvəsi ancaq insan şəxsiyyətinin canlı mənbəyindən axır

b - Uşaq toxumdan yenicə cücərmiş rüşeym kimidir. Tərbiyəçi isə bu zərif bitkiyə baxan bağban kimidir

c - əgər tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onu xoşbəxtlik üçün tərbiyə etməməli, bəlkə də əmək həyatına hazırlanmalıdır

d - əgər pedaqogika insanı hər cəhətdən tərbiyə etmək istəyirsə, o əvvəlcə insanı hər cəhətdən də öyrənməlidir

e - tərbiyəçinin qabiliyyəti sədaqətlə dolu səbrli məhəbbət istedadlıdır, onu nə ananın ehtiraslı məhəbbəti, nə də dialektikanın güclü dəlili, nə də dialektikanın güclü dəlili əvəz edə bilər

A) 1 - d, 2 - c, 3 - a

B) 1 - d, 2 - b, 3 - e

C) 1 - a, 2 - c, 3 - d

D) 1 - e, 2 - d, 3 - a

E) 1 - d, 2 - e, 3 - a

33. Pedaqoqlar və onların əməkdaşlıq etdikləri jurnallar

1 - K. D. Uşinski

2 - A. Disterveq

3 - I. N. Novikov

a - “Russkaya pravda”

b - “Morskoy sbornik”

c - “Detskoe çtenie dlya serdsa i razuma”

d - “Tərbiyə və təlim üçün Reyn vərəqəsi”

e - Xalq Maarif Nazirliyinin jurnalı

A) 1 - e, 2 - d, 3 - c

B) 1 - a, 2 - b, 3 - c

C) 1 - b, 2 - e, 3 - d

D) 1 - e, 2 - a, 3 - b

E) 1 - c, 2 - d, 3 - a

34. XIX əsr rus pedaqoqları və onların fəaliyyət göstərdikləri məktəblər

1 - L. N. Tolstoy

2 - K. D. Uşinski

3 - N. I. Piroqov

a - Peterburq tibbi cərrahiyyə akademiyası

b - Yasnaya Polyana məktəbi

c - Smolnı qızlar institutu

d - Gettingen universiteti

e - Berlin universiteti

A) 1 - a, 2 - d, 3 - c

B) 1 - d, 2 - e, 3 - b

C) 1 - b, 2 - c, 3 - a

D) 1 - b, 2 - e, 3 - a

E) 1 - e, 2 - c, 3 - a

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin