Эярдяни аь гу кими



Yüklə 2,81 Mb.
səhifə64/99
tarix07.01.2022
ölçüsü2,81 Mb.
#83252
1   ...   60   61   62   63   64   65   66   67   ...   99
R ü s t ə m

Sonra?


G ü l s ə n ə m
Dayan, qurtarmadım bən hələ.

Allahın var günü hər səhər-axşam

İnəkləri, qoyunları sağıram

Becərirəm bostanını, bağını,

Saxlayıram ağlağan uşağını.

İki gündən bir yağ pendir tuturam,

Gün dirilik bənə olubdur haram.

Dana, buzov, cücə əlindən hələ

Qalmamışdır bəndə daha hövsələ,

Hankı birin bunların bən söyləyim?


R ü s t ə m
(gülə-gülə)
Bir neçə iş də qoy sənə bən deyim:
Qıllı itə axşamlar yal tökürsən,

Uşaqların yamaqların tikirsən.

Hər gün axşam güclü ocaq çatırsan,

Mürgüləyib camış kibi yatırsan.

Hay-hay, əgər bunlara bən iş desəm,

Bu dilimi lap kökündən kəsərəm.
G ü l s ə n ə m
İş deyil, bəs nədir?
R ü s t ə m
Nədir? Oyuncaq.
G ü l s ə n ə m

Sən nəyə iş deyirsən bəs, ay qoçaq?


R ü s t ə m
Gün altında bir gün kotan sürərsən,

Nəyə deyirlər iş, onda görərsən.



Q ə m ə r
(Rüstəmə)
Sənin işin yalnız əkin-biçindir,

Ev işi də baxma, oğlum, çətindir.

Kişi fəhlə, amma arvad bənnadır.
R ü s t ə m
Yaxşı, yaxşı, bu da burdan banladı.

Bənna olmuş bənim üçün? Neyləyir?

Bən əlləşib, qazanıram, o yeyir.
G ü l s ə n ə m
Qəbul etsəm canına min zəhməti,

Sənin yanında yoxdur heç qiyməti.

İndi ki, bu yerə gətirdin işi,

Otur evdə sən, arvad ol, bən kişi.

Ev işlərin sən gör, çöl işlərin bən,

Sən də gör bir bən görən rahatlıqdan.

Razısanmı?
R ü s t ə m
Razıyam.
G ü l s ə n ə m

Ver əlini,

Amma sonra dəyişdirmə dilini.
R ü s t ə m
Bən sözümdən qaçmaram qorxma.

G ü l s ə n ə m

Yəqin?


R ü s t ə m
Bir saatlıq işdir sənin işlərin,

Nə var onda, su içməkdən asandır.


G ü l s ə n ə m
Yox, bağışla, sənin işin asandır,

Zəhmətimə ancaq verən yox baha.


R ü s t ə m
Bəsdir, sabah məlum olar ağ-qara,

Pozma hələ bügünlük əhvalını.


G ü l s ə n ə m
Allah qoysa, sabah görərəm halını.
(hər biri acıqlı bir tərəfə gedir)
P ə r d ə

İKİNCİ PƏRDƏ
(Səhnə vaqe olur Rüstəm kişinin evində.

Rüstəm kişi qapı ağzında bir kötük üstündə

oturub çubuq səkir. Anası Qəmər də bir

tərəfdə oturub, cəhrə əyirir. Gülsənəm əlində

ağac və ayaqlarında çarıq Rüstəmə deyir)
G ü l s ə n ə m
Öküzləri qoşub, cütə gedirəm,

Bax, sənə bu vəsiyyəti edirəm.

Bən gəlincə süpür qapı-bacanı,

Uşağım ki, hələ Allah amanı.

Yaxşı saxla, ağlatma, göz-qulaq ol,

Cücə, toyuqlardan dəxi sayaq ol.

Gözlə, aparmasın quzğun, çalağan,
R ü s t ə m
Bildim, bildim.
G ü l s ə n ə m
Darıxma, bir az dayan.

Nehrə çalxalayıb, bir az da yağ tut,

Qaynar qazan as, paltarı yu, qurut.

Qoymayasan daha buzovu gözdən,

Şələ tutub, odun gətir meşədən.

Xəmir yoğur, sac as, ocaği qala,

Bən gəlincə hər bir şeyi hazırla.

Qatıq üçün çalası qoydum cama,


(donunu atır ona)
Bən gəlincə donumu da al, yama.

İnəkləri, qoyunları sağ. Südün

Bişir qatıq çal, qaymağın tut, bildin?
R ü s t ə m
(Rüstəm başına hərəkət verə-verə)

Bildim, bildim, hamısını anladım.


G ü l s ə n ə m
Bən gedirəm.
(Gülsənəm gedir)
R ü s t ə m
Allaha ismarladım.

Hay, hay, duza gedirsən, ay binəva,

Axşam qayıdanda vardır tamaşa.

Qəbul edim gərəkdir tənəsin,

Cüt sürmənin ləzzətini qoy görsün.


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin