Эярдяни аь гу кими



Yüklə 2,81 Mb.
səhifə74/99
tarix07.01.2022
ölçüsü2,81 Mb.
#83252
1   ...   70   71   72   73   74   75   76   77   ...   99
CƏHALƏTLƏ MÜCADİLƏ (s.23)
«Yeni Füyuzat» jurnalı, 30 noyabr 1910, № 7. «Cəhalətlə mücadilə» sərlövhəsi ilə dərc olunmuşdur. «Gülzar» dərs­li­yin­­də (s.127) və ilk avtoqraflarda şer belə adlanır. Müəllif ilk nəşrdə sərlövhəni dəyişdirmiş və sonrakı üç nəşrə də şeri «Zamanın inqilabçılarına» adı ilə daxil etmişdir.

Avtoqrafda şerin 1908-ci ildə yazıldığı göstərilir.


VƏTƏNƏ QAYIDARKƏN (s.23-24)
Bütün nəşrlərə daxil edilmişdir. Uzun müddət ayrılıqdan sonra uşaqlığını keçirmiş Tiflis şəhərinə qayıtması müna­si­bətilə yazılmış bu şer ilk dəfə «Gülzar» dərsliyində «Vətənə övdətimdə» sərlövhəsi ilə dərc edilmişdir. (Bakı, 1912, s. 130-131). Avtoqraflarda şerin yazılış tarixi 1909-cu il göstə­rilir. Müəllif şer üzərində bir neçə dəfə işləmiş, düzəlişlər aparmışdır. Burada son nəşr əsas götürülmüşdür.
KÖY DÜYÜNÜ (s.24-27)
Borçalı türklərinə həsr edilmiş bu şer ilk dəfə «Gülzar» dərsliyində eyni adla dərc edilmişdir (Bakı, 1912, s. 97-99). Avtoqrafda şerin yazılma tarixi 1909-cü il göstərilmişdir. Burada «Gülzar» dərsliyindəki nəşr əsas götürülmüşdür. Heç bir nəşrə salınmayıb.
HƏR ŞEY KÖHNƏ (s.27)
Bütün nəşrlərə daxil edilmişdir. Avtoqraflarda 1909-cu ildə yazıldığı göstərilir. Bir neçə dəfə müəllif tərəfindən iş­lə­-

nən bu şerin son variantı əsas götürülmüşdür.


VƏRƏMLİ HƏYAT (s.27-28)
«Həqiqət» qəzeti, 4 aprel 1910, № 73. Qəzetdə şer yanlış olaraq «Həyati-münəvvərim» adı ilə dərc edilmişdir. Avtoq­raf­da isə «Həyati-müvərrim», yəni «Vərəmli-həyat» şəklində yazılmışdır. Ancaq birinci nəşrə daxil edilmiş və müəllif şerin adını sadələşdirərək «Vərəmli həyat» qoymuşdur. Avtoqraf­larda şerin yazılış tarixi 1909-cu il göstərilmişdir.

Əliabbas Müznib «Sürudi» imzası ilə «Zənbur» jurna­lın­da həmin mənzuməyə parodiya yazmışdır: Şaiq əfəndinin bədaye-fikrindən, «Zənbur» jurnalı, 23 aprel 1910, № 13, s. 2-3.


İKİ QARLANĞIC (s.28)
«Gülzar», Bakı, 1912, s.3-4. Birinci, ikinci və dördün­cü nəşrlərə daxil edilmişdir. Bütün avtoqraflarda şerin yazılış tarixi 1909-cu il göstərilir. Müəllif birinci nəşri çapa hazır­lar­kən şer üzərində yenidən işləmişdir. Burada son nəşr əsas götürülmüşdür.

Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin