DAN YERİ SÖKÜLÜR, HƏR TƏRƏF RƏNGİN (s.103)
Avtoqraf əsasında çap olunur. Şerin sərlövhəsi və yazılış tarixi yoxdur. Şerin 1945-ci ildə yazıldığını güman edirik. Həmin illərdə Şaiq bu məzmunda və üslubda bir neçə şer yazmışdır.
ÖLÜMƏ HƏCV (s.103-105)
Seçilmiş əsərlərin son nəşri əsasında çap olunur. Şairin ağır xəstə olduğu günlərdə yazılmışdır.
VƏTƏNİM (s.105)
Seçilmiş əsərlərin son nəşrinin II və III cildlərində müxtəlif variantlarda çap edilmişdir. Burada II cilddəki nüsxə əsas götürülmüş, yalnız axırıncı misra son avtoqraf əsasında bərpa olunmuşdur.