SƏNDƏN DƏ XOŞDUR (s.105-106)
İlk dəfə «Səndən də şirindir» sərlövhəsi ilə dərc edilmişdir («Azərbaycan pioneri» qəzeti, 1 may 1947, № 19). Son üç nəşrə daxil edilmişdir. Bir avtoqrafda şerin 1945-ci ildə yazıldığı göstərilir. Burada şerin son nəşr variantları əsas götürülmüşdür.
CANLI DƏRBƏND ÇİÇƏYİ (s.106-107)
Avtoqraf əsasında nəşr edilir. Şeri A.Şaiq qədim azəri şəhəri Dərbənddə doğulmuş həyat yoldaşı Şahzadə xanım Talıbzadəyə həsr etmişdir. Şairin bu mövzuda yazılmış bir neçə şeri vardır. Onlardan ancaq birini bu nəşrə daxil etdik. Şer Jeleznovodskda 3 avqust 1947-ci ildə yazılmışdır.
TƏBRİZ (s.107-108)
Son iki nəşrə daxil edilmişdir. Avtoqraflarda şerin 1949-cu il iyunun 29-da yazıldığı göstərilir.