Эярдяни аь гу кими


Bir tutar qalmayıbdı bağ-bostanda



Yüklə 2,81 Mb.
səhifə66/99
tarix07.01.2022
ölçüsü2,81 Mb.
#83252
1   ...   62   63   64   65   66   67   68   69   ...   99
R ü s t ə m
(acıqlı)
Qoy görək bizi sən də,
Bir tutar qalmayıbdı bağ-bostanda.

Neyləyim? Ah, neyləyim, heç bilmirəm,

Saman təpəcək dərimə Gülsənəm.


Q ə m ə r
Öz təqsirindir, çək, əsla darıxma.
R ü s t ə m

Sus, qəlbimi bir yandan sən də sıxma.


(Rüstəm əkin yerinə tərəf baxıb heyrətlə)
həvəslə işliyor, bir ora bax!

Zalım qızı əsla bilmir yorulmaq.

Deyəsən ki, əzəldən bu cütçüdür,

Yüz ildir bu çöllərdə əkinçidir.

Hələ gedim bir azca yağ-şor tutum.
(Sağdakı kirli paltarları ayaqları ilə itələyir)

Bu paltarları harda yuyub qurudum?

Bir iş deyil, ürək sıxır, yassardır,

Arvad işi özü kibi murdardır…

Bu günlər də nə tez keçir? Dan atır,

Papağını çevirirsən, gün batır.

Heç bir şeyi hələ hazırlamadım,

Çörək üçün xəmir də yoğurmadım.


(evə girir)

Q ə m ə r

Rüstəm, Rüstəm!


R ü s t ə m
(evdən)
Nə var, ana?
Q ə m ə r

Ay aman!

Cücələri vurub getdi çalağan.
(Rüstəm sürətlə dişarı yüyürüb)
R ü s t ə m

Allah, Allah, bu nə iş idi düşdüm,

Arvad işinə bən niyə girişdim.
(Əlinə ağac alıb evin arxasına tərəf qaçır.

Sonra acıqlı bir halda qayıdıb, yenə evə girir)
Vay-vay, bura bax, it yeyir xəmiri,

Zəhrimar ye, aha, gavurun biri.


(İti vurur, it içəridə zingildəyir,

Rüstəm dişarı çıxır)
R ü s t ə m

Hanı köpək?



Q ə m ə r

Bən nə bilim?


R ü s t ə m

Bəs haradan it girdi, sən görmədin?


Q ə m ə r

Dal qapıdan.



R ü s t ə m

Lap başımı itirdim, ah, neyləyim?

Axşam oldu, Gülsənəmə nə deyim?
(Uzaqdan iki nəfər arvad gəlir)
Kimdir bunlar?


Q ə m ə r

Qudamızdır, deyəsən.


R ü s t ə m

Ay nəsliniz kəsilsin yer üzündən,

Bunlar da vaxt tapdı qonaq gəlməyə.

Düşdüm bu gün əcəb işə, kələyə.


(qudalara)
Nə var, canım, həftə yeddi-siz səkkiz,

Səhər-axşam bu daxmada düşürsünüz.


Q ə m ə r

Rüstəm, Rüstəm, ağlın azıbdır, nədir?

Salam verib şirin dil ilə dindir!..
R ü s t ə m

Sən Allah, bir rədd ol bənim başımdan,

Cücələri vurub-getdi çalağan.

Bostan orda, xəmir burda yeyildi,

Bir de görüm bunları kim eylədi?

Onlar ilə qohum olandan bəri

Xərcəng kibi yeriyoruq geri-geri,

Çərximiz döndü, işləmir bəxtimiz.


Q u d a l a r

Allah iraq eyləsin, neylədik biz…


Q ə m ə r

Rüstəm!


R ü s t ə m
Əl çək!
Q ə m ə r



(qonaqlara)
Qurban olum, ay quda,

İnciməyin ağlı azıb, arvada

Bir söz üstündə tutubdur acığı,

Sizdən alır heyfini axşam çağı.

Bir də bunun hər gün halı dəyişir.

Q u d a l a r
Eyib deyilmi? Bax, nələr söyliyor.

Bu sözləri bilsə bizim kişilər,

Allah göstərməsin, böyük qan düşər.
Q ə m ə r
Siz Allah, ay quda, söz deməyin.
R ü s t ə m
Gedin, hər nə bilirsiniz, söyləyin.
Q ə m ə r
Ağlın azıbdırmı? Sus, azğın, axmaq.
Q u d a l a r
Boylə adam ilə heç qohum olmaq.

Bizə yaraşmaz, gəl gedək, gəl gedək.



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin