(Çıldırmışcasına İnsanlığa sarılaraq sürətlə)
Qanadlanıb, gəl uçalım bir yana!
İ n s a n l ı q
(şəfqətlə)
Pərəstiş etdiyim yavrum, nerəyə?
İ d e a l
Bu aləmdən pək uzaq bir kürəyə.
Ş e y t a n
(istehza ilə)
Uçamazsın! Qanatların əzilir.
İ d e a l
Bu aləmdə insan, insan gəmirir.
Yer-göy bütün qandır, anam, qandır, qan!
(Çıldırmışcasına acı və sönük bir qəhqəhədən
yatağına düşər)
İ n s a n l ı q
Sən yardım et yavruma, ey yaradan!
Yox olasan səni, ah, ey Fəlakət!
F ə l a k ə t
(hiddətlə)
Qadın, bən ki, daim bulduqca fürsət,
Sizinlə aşna olandan bəri,
Durmamışam bir an xidmətlə geri.
Durmadıq ya! Qəlbimizi gəmirdik!
Biz inləyib, əridikcə sümürdün,
Ey Ədalət! Ey Mərhəmət! Ey Vicdan!
Z ü l m
Biz varkən onlar olmaz hökmran.
(Ədalət Mərhəmət və Vicdan sağ
qapıdan daxil olur)
V i c d a n
Alicənab qadın! Nədir istəyin?
İ n s a n l ı q
(heyrətlə)
Siz kimsiniz?
M ə r h ə m ə t
Biz həp adın çəkdiyin Vicdan, Ədalət.
İ n s a n l ı q
Ey mələksimalar,
Xəzan vurmuş yapraq tək yavrum inlər.
Həq eşqinə yavrumu qurtarınız!
Öksüz, göməksizdir.
Ə d a l ə t
Əmin olunuz.
V i c d a n
(İdealı diqqətlə süzdükdən sonra)
Pək müdhişdir zavallının əhvalı,
İnsanlığın ölgün, solğun İdealı!
Köç bin yıllıq tarix alnında zahir,
Gələcək pək dumanlıdır, kim bilir?
Halın isə acınacaq bir haldır.
Ş e y t a n
Bu haldan qurtarmaq onu məhaldır.
Ə d a l ət
Pək çabuk qurtulur Vicdan olursa,
Z ü l m
Bəncə, bütün dünya-aləm yığılsa,
Qurtarmaz!
İ d e a l
Bu söz bir saçma sözdür,
Ədalət, Mərhəmət, Vicdan qurtarır!
Ş e y t a n
Hər birinin qarşısında bin güc var.
V i c d a n
O güclər pək çabuk olur tarmar.
Ş e y t a n
Fəlakətə qarşı nərdə bir qüvvət?
M ə r h ə m ə t
Parla, Səadət, məhv olur Fəlakət.
Z ü l m
Məhv olmayınca biz, o məhv olamaz!
Ə d a l ə t
(əlini qılınca uzadaraq amiranə)
Dəf olunuz, haydı, alçaq, yaramaz!
İ n s a n l ı q
Üstümüzdə qanad aç, ey Səadət!
Ş e y t a n
Nə durmuşsun? Ey sütunlu Fəlakət!
Qüvvətini cəm et, vur, yıx, əz, gəmir!
Ə d a l ət
(qəzəbli, qılıncını çəkərək)
Bax, bu qılınc haqsızları titrədir,
Bükülməyən boyunları bükdürür.
Z ü l m
(qılıncı çəkir)
Bax! Bu qılınc ondan daha kəskindir.
Ə d a l ə t
Sözlə deyil, işi əməl bildirir.
(hücum edir)
Al, yaramaz!
Z ü l m
(yıxılır)
Bitdim, tükəndim bən, ah!
M ə r h ə m ə t
Yıxıl! Məhv ol! Həqqə köməkdir Allah!
(Vicdan, Ədalət və Mərhəmət şən və
müzəffəranə bir vəziyyət alaraq, qadına
və çocuğa yaxınlaşır)
M ə r h ə m ə t
Sevin! Açıl, gül, ey qadın, ey ünsuz!
Artıq sizi qurtaracaq haldayız.
İ n s a n l ı q
Yaşayınız! Bin-bin təşəkkür sizə!
Pək yardım etdiniz səfil ünsüzə!
(Bu aralıq Zülm yavaşca durar, kimsə
görmədən sol qapıdan çıxar. Daha
sonra Şeytan çıxar. Fəlakət sağ qapıdan
qaçmaq istərkən Səadət daxil olur.
O, Fəlakəti yaklayaraq)
S ə a d ə t
Getmə! Dur, mərhəmətsiz, alçaq, azğın!
Artıq yetər, yetər bidar etdiyin!
Al haqqını!..
F ə l a k ət
(yerə yıxılır)
Of, məhv oldum, ey alçaq.
M ə r h ə m ə t
Alçalamaz həq, ucalır daima.
V i c d a n
Zalımlardan alır hər an intiqam.
(Səadət nurani qanatlarını qadınla
çocuğun üstünə açır, səhnə aydınlaşır)
M ə r h ə m ə t
(İdeala yanaşıb)
Dur, yavrum, dur!
İ d e a l
Bən xəstəyəm, duramam!
İ n s a n l ı q
Yavrum! Dur ki, məhv oldu həp Fəlakət,
Üstümüzdə qanad açmış Səadət.
Daim qaranlığı görən gözlərin,
Qalx, imdi də işıq, səadət görsün.
Bak! Nasıl parlıyor Ədalət, Vicdan,
İçimizdə həq olmaqda hökmran,
Çiçək kibi açıl, günəş tək parla!
S ə a d ə t
Dur! Yavrum, dur, İnsanlığı alqışla!
İ d e a l
(İnsanlığa)
Hay-hay, anam, bu işığa aldanma!
Bir gül açılmaqla bahardır, sanma!
Barmağımın ucundan diqqətlə bax.
(Səhnənin işığı çəkilir, arxa qapı açılır.
Duman tüstü və alov içində bir biyaban
görünür. İldırım hiddətlə çağırır. Mühib
və qorxunc səslər eşidilir, İdeal əli ilə
biyabanı göstərərək)
Qan içində üzür sərasər afaq.
Yer, göy bütün atəş, dumandır, qandır,
Zülmün dəmir pəncəsi hökmrandır.
Vuran, ölən, boğan, əzən, əzilən,
Qovan, qaçan, düşən, kəsən, kəsilən,
Həpsi insan, həpsi sənin övladın,
Çəkməyiniz hələ səadət adın!
(Arxa qapı qapanır, səhnə aydınlaşır,
həpsi heyrət içində)
Hər yerdə zülmün pəncəsi güclüdür.
V i c d a n
Gözəl cocuq, yoxmu bir tədbir?
İ d e a l
Var, əvət, var, bu dərdə yalqız dərman,
İslah etsin kəndini hər bir insan.
Kəndini öyrənib, kəndin tanısın,
Zatındakı həqiqəti anlasın.
Öyrənir, anlarsa, parlar iqbalım.
İ n s a n l ı q
Sən parlarsın, çiçəklənir iqbalım.
İ d e a l
Getməliyəm bən içinizdən hələ.
İ n s a n l ı q
Bəni kimə tərk eliyorsun boylə?
(İdeal əlilə Vicdana, Ədalətə, Mərhəmətə
işarə edərək)
İ d e a l
Ədalətə, Mərhəmətə, Vicdana
Onlardan sən, anam, bir an ayrılma!
Hər əmrinə, hökmünə qıl itaət!
Bu itaət həqqə olur ibadət.
(Üzünü Ədalətə, Mərhəmətə,
Vicdana tutaraq)
Siz ey insanlığın işıq məşəli!
Həqqin bükülməyən qüvvətli əli!
Anamı bən sizlərə ismarladım,
Sizləri də həqqə. Daha bən getdim.
(Səhnənin işığı çəkilir, arxa qapı
açılır, İdeal bir nur şəklində göyə uçur.
Həpsi onu heyrətlə seyr edir)
V i c d a n
Mələklərin qanadında yüksəlir,
Həqqi bulmuş, bax, onunla birləşir.
Ə d a l ə t
Bax, bax, yuxarıdan itdikcə nəzər,
Göydən yerə ətək-ətək nur sərpər.
M ə r h ə m ə t
Ürəklərdə yuva edər, həp o nur
Ədalət, mərhəmət, vicdan doğurur.
İ n s a n l ı q
(təsirlə)
Of, mələyim, sevgili İdealım!
Sənsiz nasıl keçər həyatım, halım?
(Dizi üstə çökərək əllərini yuxarı qaldırır)
Ey yaradan! Ey ərvahlara yəmin!
Sən qovuşdur bəni yavruma!
H ə p s i
Amin.
1914
Dostları ilə paylaş: |