BAHAR (s.20-21)
«İrşad» qəzeti, 12 aprel 1908, № 49. Son üç nəşrə daxil edilmişdir. Avtoqrafda yazılmış tarixi 1908-ci il 9 mart göstərilmişdir.
DAĞLAR (s.21)
Ancaq son nəşrə daxil edilmişdir. Avtoqrafda şerin 1908-ci ildə yazıldığı göstərilir.
ŞİKAYƏTLƏRİM (s.21-22)
«Həyati-nomid» adı ilə «Həqiqət» qəzetində dərc edilmişdir (12 fevral 1910, № 35). Birinci nəşrə «Şikayətlərim» adı ilə daxil olmuşdur. Bütün nəşrlərə salınmışdır. Şer üzərində müəllif bir neçə dəfə işləmişdir. Bəzi avtoqraflarda şer «Şikvə» adlandırılmışdır. Kitabda son nəşr əsas götürülmüşdür. Avtoqrafda şerin yazılmış tarixi 1908-ci il göstərilmişdir. Qabaqkı nəşrlərdə yzılış tarixi yanlış olaraq 1911-ci il getmişdir.
LÖVHEYİ – QÜRUB (s.22-23)
«Gülzar», Bakı, 1912 s.9. Heç bir nəşrə daxil edilməmişdir. Avtoqrafda şerin 1908-ci ildə yazıldığı göstərilir.